• $
  • €
  • ₽
  • ₺
  • £

Рrezidenti: “Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir”

Рrezidenti: “Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir”
05.03.2017 14:54
"İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir”
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani arasında geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
 
Prezident İlham Əliyev deyib ki, son bir neçə il ərzində bu əlaqələr yüksək zirvəyə qalxıb: "Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir”.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan-İran əlaqələri qədim tarix, mədəniyyət, ortaq dinə əsaslanır: "Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”.
 
Prezident İlham Əliyev iqtisadi əməkdaşlıq sahəsində çox gözəl nəticələr olduğunu nəzərə çatdırıb: "Ötən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Bu.  əldə edilmiş razılaşmaların nəticəsidir. Bütün imzalanmış sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və prezident Ruhaninin Azərbaycana səfərləri nəticəsində 18 sənəd imzalanıb. Bu gün əlavə iki sənəd imzalanıb. Bu əlaqələrimiz üçün möhkəm baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlayıb, buna görə minnətdarıq. Eyni zamanda prezident Həsən Ruhaninin qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə maliyyə resurslarını səfərbər edib. Birgə icra etdiyimiz Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir”.
 
Dövlət başçısı deyib ki. Azərbaycan və İran energetika sahəsində əməkdaşlıq istiqamətində böyük uğurlar əldə edilib: "İki ölkə  elektrik enerjisi sistemlərini birləşdirib və mübadilə aparır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti "Şahdəniz-2” layihəsinin iştirakçısıdır və sərmayədarıdır.  Bu gün görüşdə Xəzər dənizində  müştərək neft-qaz əməliyyatlarının aparılması üçün geniş fikir mübadiləsi apardıq”.
 
Prezident İlham Əliyev Azərbaycan-İran müştərək iqtisadi komissiyasının fəaliyyətini yüksək qiymətləndirib: "İran və Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə böyük töhfədir.  Nəzərə çatdırım ki, bu il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilib. Biz çalışırıq ki, İslam aləmində birliyi və həmrəyliyi möhkəmləndirək. Biz öz milli, mənəvi və dini dəyərlərimizə çox sadiqik. İki aydan sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək”.
 
Dövlət başçısı bildirib ki, Azərbaycan iki ölkə arasında əlaqələrə yüksək qiymət verir.









www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol