Saymon Makdonald Azərbaycanda səfərdədir

Səfər Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.
REPORT.AZ/ Böyük Britaniya xarici işlər nazirinin müavini Saymon Makdonald Azərbaycanda səfərdədir.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, S.Makdonaldın səfəri Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.
Səfər zamanı nazir müavini bir sıra rəsmi şəxslərlə, o cümlədən Azərbaycan XİN-də görüşlər keçirəcək.
Bundan əlavə, S.Makdonald Heydər Əliyev Mərkəzini ziyarət edəcək və "ADA" Universitetində tələbələr üçün mühazirə oxuyacaq. Mühazirə zamanı o, "Brexit" və Böyük Britaniya üçün bu addımın nəticələri barədə məlumat verəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























