Məmmədyarov: "Bu format regionda sabitliyin amili hesab olunur"

Rusiya-Azərbaycan-İran formatı artıq mövcuddur və işləyir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, bu format regionda sabitliyin amili hesab olunur.
Nazir qeyd edib ki, Türkiyənin iştirakı ilə yaradılan formatlar da böyük iqtisadi perspektivlərə malikdir və bu kontekstdə Rusiya, Türkiyə və Azərbaycan formatı da maraqlı ola bilər.
Öz növbəsində Sergey Lavrov da rəsmi Moskvanın həm Rusiya-Azərbaycan-İran formatını, həm də Türkiyə ilə əməkdaşlığı perspektivli hesab etdiyini deyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























