• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarov: Ermənistanla danışıqlar dayanıb

Elmar Məmmədyarov: Ermənistanla danışıqlar dayanıb
07.03.2017 15:51
"Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Diplomatiya Akademiyasında çıxışında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur.

Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik”.

E.Məmmədyarovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas prioritetidir.

Nazir münaqişənin bu günə kimi həll edilməməsinin regionun inkişafına əsas maneə olduğunu söyləyib: "Artıq 30 ilə yaxındır, həm Azərbaycan, həm də Ermənistan bu problemlə üz-üzə qalıb. Dünən biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını detallı müzakirə etdik. Təkcə biz nazirlər yox, Azərbaycan və Rusiya prezidentləri də görüşlərində bu məsələni mütəmadi müzakirə edirlər”.

Azərbaycan XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Ermənistanın siyasi iradə göstərməli olduğunu vurğulayıb: "Bu münaqişənin həlli ilə məşğul olanlar yaxşı bilirlər ki, əsas problem nədən ibarətdir. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal altındakı Azərbaycan ərazilərini tərk etməli, regionun təhlükəsizliyi təmin olunmalıdır. Daha sonra azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar. Sonra regionun kommunikasiyası bərpa olunmalı, dəmiryolu xətti bərpa edilməlidir. Bütün bunlar regionun iqtisadi inkişafına kömək edəcək. Daha sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalıdır. Dünən Lavrovla görüşdə də bunları müzakirə etdik. Bir daha qeyd edirəm ki, əsas məsələ Ermənistan qoşunlarının kazarmaya qayıtmasıdır. Bütün bu məsələlər ardıcıllıqla həll olunacaq”.

Qoşunların təmas xəttində yaşanan gərginlikdən danışan Azərbaycan XİN başçısı bildirib ki, təmas xəttində insidentlərin araşdırılması üzrə monitorinqin aparılması ilə Azərbaycan tərəfi razıdır: "Deyirlər ki, gəlin qoşunların təmas xəttində insidentləri araşdırılması üçün monitorinq quraq. Biz də deyirik ki, buyurun. Lakin bu, böyük planın tərkib hissəsi olmalıdır. Ermənistan qoşunları həmin ərazilərdən çıxsın, sonra bunu edək. Qoşunlar orda olduğu müddətdə əlbəttə ki, insident də baş verəcək”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol