ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftənin sonuna Azərbaycana gələcəklər

Stefan Viskonti: Həmsədrlər gündəliyin tərtib edilməsində problemlərin olduğuna görə ölkələrə müxtəlif vaxtlarda səfər edəcəklər.
ANN.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana səfər edəcəklər.
"ANN” xəbər verir ki, bunu "Mediamax"a müsahibəsində Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti bildirib.
Onun sözlərinə görə, vasitəçilər əvvəlcə Azərbaycana, sonra mart ayı ərzində Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər.
S.Viskonti deyib ki, həmsədrlər bu dəfə logistika və gündəliyin tərtib edilməsində problemlərin olduğuna görə ölkələrə müxtəlif vaxtlarda səfər edəcəklər.
ABŞ-nın Azərbaycandakı səfirliyindən "Report”a bildirilib ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bu həftənin sonlarında Bakıya gələcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























