• $
  • €
  • ₽
  • ₺
  • £

Yaralı əsgərimiz evinə qayıtdı: Ermənilərin başını əzdik

Yaralı əsgərimiz evinə qayıtdı: Ermənilərin başını əzdik
08.03.2017 13:30
Onlar əsl qəhrəmanlıq sərgilədilər. Azərbaycan əsgərinin, hərbisinin gücünü düşmənə bir daha sübut etdilər. Bəli, ötən ilin aprel döyüşləri haqqında hələ çox danışılacaq. Həmin döyüşlərdə canlarından keçən şəhidlərimiz həmişə yad ediləcək. O döyüşün iştirakçıları isə bu tarixi hər zaman böyük fəxrlə anacaqlar. Aprel döyüşlərində yaralanmış Ağayev Yaşar Təvəkkül oğlu kimi. Hərbiçi doğulub boya-başa çatdığı İsmayıllı rayonunda elə qəhrəman kimi qarşılanıb.

ANN.Az ARB TV-yə istinadən xəbər verir ki, 2016-cı il aprel döyüşlərində baş nahiyyəsindən güllə yarası alan 28 yaşlı Ağayev Yaşar Təvəkkül oğlu İsmayıllı rayonunda böyük qürur və izdihamla qarşılanıb. 

Döyüşçümüzü RİH, Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət xidmətinin əməkdaşları və rayon sakinləri şüarlarla qarşılayıb. Uzun müddət Bakıda və İstanbulda müalicə alan əsgər İsmayıllıya öz doğma yurduna qayıdıb. Hələ uzun müddət müalicələri davam edəcək hərbiçinin arzusu ayağa qalxıb yenidən xidmətini davam etdirməkdir.

"Ermənilərin başını əzdik. Müalicələrim tam başa çatdıqdan sonra orduya qayıdacam. Ali Baş Komandanın əmrini gözləyirik ki, torpaqlarımızı geri alaq”, - Yaşar Ağayev deyib.

Qeyd edək ki, ötən ilin aprel ayında baş verən qızğın döyüşlər Azərbaycan ordusunun hərbi qələbəsi ilə nəticələnib. Bir sıra strateji məntəqələr düşmən işğalından azad edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol