• $
  • €
  • ₽
  • ₺
  • £

Kaspşikin ofisinin genişləndirilməməsinin səbəbi məlum olub

Kaspşikin ofisinin genişləndirilməməsinin səbəbi məlum olub
10.03.2017 17:00
"Ötən ilin may və iyun aylarında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri münaqişənin həllində vasitəçilik səylərini kəskin artırmışdı”.

ANN.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin münaqişənin həlli ilə bağlı substantiv danışıqların aparılmasının vacibliyinə dair ATƏT Daimi Şurasına müraciətində deyilir.

Müraciətdə bildirilir ki, ötən il tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi və atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yekunlaşdırılması ilə bağlı razılığa gəlib:

"Lakin Sankt-Peterburq görüşündə Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar araşdırma mexanizmlərinin yekunlaşması bir qədər sonrakı mərhələyə təxirə salındı. Hər iki görüşdə tərəflər münaqişənin hərtərəfli həlli ilə bağı danışıqlar aparmaq barədə razılığa gəldi. 2016-cı il iyulun 20-də Azərbaycan mandatın və fəaliyyət şəklinin dəyişdirilməyəcəyi halda ofisin genişləndirilməsi ilə bağlı təkliflərini təqdim etdi, bununla da, yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirməsi ilə bağlı siyasi iradə və hazırlıq nümayiş etdirdi.

Təəssüf ki, biz sonralar təmas xəttində ATƏT müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı qəbuledilməz elementlərlə üzləşdik. Bu isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iş üsulunun dəyişdirilməsi deməkdir və prezidentlər səviyyəsində əldə olunmuş razılaşmalara uyğun deyil. Ermənistan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmadan ATƏT müşahidəçilərinin təmas xəttində yerləşdirilməsi status-kvonun möhkəmlənməsinə və münaqişənin uzanmasına yol aça bilər. Azərbaycan bu kimi təhlükəli irəliləyişi qəbul edə bilməz, belə ki, bu addım bütünlükdə Minsk prosesinin məqsədlərinə ziddir.

Nəticədə ofisin genişləndirilməsi məsələsi yekunlaşmadı. Ermənistan isə bu vəziyyətdən substantiv müzakirələrdən boyun qaçırmasını əsaslandırmaq üçün istifadə etməyə başladı”.

Müraciətdə qeyd olunur ki, ofisin genişləndirilməməsinə baxmayaraq, təmas xəttində vəziyyət bir neçə ay sakit olub: "Daha sonra Ermənistanın substantiv danışıqlardan imtina etməsi təmas xəttində təxribatçı addımlarla müşayiət olundu. Ermənistan rəhbərliyinin revanşist bəyanatları, təmas xəttində hərbi təlimlər və təxribatlar onu göstərir ki, Ermənistan münaqişənin həllində maraqlı deyil”.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi polşalı diplomat Anjey Kaspşikdir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol