Həmsədrlərin Dağlıq Qarabağa səfərinin tarixi məlum olub

Həmsədrlər həmin Yerevana da səfər edəcəklər
ANN.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri martın 27-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcəklər.
"ANN” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
İnformasiyaya əsasən, həmsədrlər həmin gün Yerevana da səfər edəcəklər.
ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) martın 11-də Azərbaycanda rəsmi görüşlər keçirəcək.
Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti deyib ki, həmsədrlər bu dəfə logistika və gündəliyin tərtib edilməsində problemlər olduğundan Azərbaycan və Ermənistana müxtəlif vaxtlarda səfər edəcəklər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























