• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Fransa ilə əlaqələrimiz əhəmiyyət kəsb edir”

İlham Əliyev: “Fransa ilə əlaqələrimiz əhəmiyyət kəsb edir”
13.03.2017 21:36
Azərbaycan prezidenti İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub.
 
APA-nın məlumatına görə, Fransa Şirkətlər Hərəkatının vitse-prezidenti xanım Mari Anje Debon belə tədbirlərin Azərbaycan ilə Fransa şirkətləri arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. O, bu görüşdə onlarla şirkətin nümayəndələrinin təmsil olunduğunu vurğulayıb, tədbirin səmərəli olacağına əminliyini ifadə edib.
 
Prezident İlham Əliyev yenidən MEDEF-də olmaqdan məmnunluğunu ifadə edib, bunun iqtisadi əlaqələrimizə töhfə verdiyini bildirib. İndiyədək bir çox layihələrin uğurla həyata keçirildiyini deyən dövlət başçısı bu əməkdaşlıq çərçivəsində Azərbaycan iqtisadiyyatına xeyli investisiyaların yatırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev vurğulayıb ki, fransız şirkətləri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Bu, ondan irəli gəlir ki, Azərbaycanda sərmayə yatırmaq üçün əlverişli biznes mühiti var. Fransız şirkətlərinin Azərbaycan ilə əlaqələrinin coğrafiyasının geniş olduğunu deyən dövləti başçısı bir neçə il əvvəl kosmik ailənin üzvü olan Azərbaycanın bu nailiyyətinin Fransa şirkətləri ilə əməkdaşlıq sayəsində baş tutduğunu bildirib. Kənd təsərrüfatı sahəsində də fransız şirkətləri ilə yaxşı əməkdaşlığın olduğunu deyən prezident İlham Əliyev Bakıda Fransız Liseyinin və universitetinin fəaliyyət göstərdiyini, ölkələrimiz arasında təhsil sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
 
Son illərdə ölkəmizdə dərin uğurlu iqtisadi islahatların aparıldığını bildirən dövlət başçısı neftdən asılılığın azaldılması, iqtisadiyyatın digər sektorlarının inkişafı ilə bağlı tədbirlərin görüldüyünü qeyd edib. Azərbaycanın inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etdiyini, iqtisadiyyatın bütün sahələrində bu strategiyanın tətbiq olunduğunu deyən prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini deyən dövlət başçısı münaqişə nəticəsində Dağlıq Qarabağdan başqa ətraf 7 rayonun da işğal olunduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev bütün bunlara baxmayaraq, ölkəmizin inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını bildirib. Hazırda iqtisadiyyatımıza investisiya axınının davam etdiyini deyən prezident İlham Əliyev fransız şirkətlərini ölkəmizlə əməkdaşlığa dəvət edib və bunun üçün bir çox sahələrin olduğunu diqqətə çatdırıb.
 
"Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən də danışan dövlət başçısı Avropada həyata keçirilən bu ən böyük investisiya layihəsinin reallaşmasında Azərbaycanın lider rola malik olduğunu bildirib. Azərbaycan prezidenti bu layihənin istehlakçılar üçün yeni qaz mənbəyi olduğunu vurğuladı. Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın yüklərin daşınmasında da mühüm mövqelərə malik olduğunu deyib, bu məsələdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının əhəmiyyətindən danışıb, Bakıda dəniz limanının tikildiyini bildirib. "Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir”, - deyən prezident İlham Əliyev Fransa prezidentləri Nikolya Sarkozinin və Fransua Ollandın Bakıda səfərdə olduqlarını, biznes əlaqələrinin ikitərəfli münasibətlərimizdə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
 
Görüşdə Azərbaycanda dəmir yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı, energetika, neft-qaz sənayesi, maliyyə-bank sistemi, şəhər infrastrukturu layihələri, kənd təsərrüfatı, irriqasiya sistemi, turizm, mehmanxana sənayesi, bərpaolunan enerji və digər sahələrdə Azərbaycan ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu sahədə əlaqələrin inkişafına dair interaktiv fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı suallara ətraflı cavab verdi.
 
Sonda "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Thales Air Systems SA” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol