Azərbaycan ordusu elə bir silah aldı ki... - Ermənilər üçün kabus başlayır... / FOTOLAR

Türkiyənin "Harp Arge" şirkəti Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün nəzərdə tutulmuş "Drone Killer" silah sistemini satıb.
Bundan başqa, sistem elektromaqnit maneələrinin qoyulmasında da istifadə olunur.
Müvafiq razılaşma "Harp Arge" şirkətinin Azərbaycana ilk ixrac təcrübəsidir.
Bu sistemin Azərbaycanın güc strukturlarında uğurla sınaqdan keçirildiyi bildirilir.
PUA-ların neytrallaşdırılması üçün nəzərdə tutulan "Drone Killer" silahı 2,4 GHz və 5,8 GHz tezliyində yüksək sürətli elektromaqnit maneələrindən istifadə edir. Bununla da PUA ilə idarəetmə mərkəzi arasında əlaqə, həmçinin GPS sistemi pozulur.
Bu sistemdən Türkiyənin Silahlı Qüvvələrində, Milli Kəşfiyyat Xidmətində, eləcə də digər güc strukturlarında istifadə olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























