• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə beynəlxalq konfrans keçirilir - FOTO

Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə beynəlxalq konfrans keçirilir - FOTO
14.03.2017 21:24
Bu gün Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, konfransda bildirilib ki, 25 ildən artıqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün ciddi təhlükə olaraq qalır. Münaqişə illəri ərzində 10 minlərlə insan həlak olub, 1 milyondan artıq insan öz yurd-yuvalarından qaçqın və köçkün düşüb. Azərbaycan torpaqlarının 20%-ə qədəri erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Bu illər ərzində münaqişənin həllinə nail olunmayıb. Buna səbəb beynəlxalq ictimaiyyətin passivliyi ilə yanaşı, Ermənistan rəhbərliyinin (hakimiyyətinin) təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin və digər təşkilatların çoxsaylı qətnamələrini yerinə yetirmək istəməməsidir. Belə münasibət Dağlıq Qarabağ münaqişəsinin miqyasının genişlənməsinə səbəb oldu. 2016-cı ilin aprel ayının əvvəllərində Qarabağ cəbhəsində qısamüddətli hərbi əməliyyatların bərpası nəticəsində Azərbaycan Silahlı Qüvvələri erməni işğalı altında olan bəzi strateji vacib əraziləri azad etməyə nail oldu. Hər iki tərəf itkilərlə üzləşdi. Lakin Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən imtina etmir və məsələnin sülh yolu ilə nizamlanması istiqamətində axtarışları davam etdirir.

Qeyd olunub ki, 6 dekabr 2016-cı il tarixində Bakıda Azərbaycan və Ermənistanın bir qrup ictimai xadim və sülhməramlıları birləşib "Ermənistan və Azərbaycan arasında sülh platforması" yaratdılar. Son aylar ərzində həmin "platforma"ya çox sayda erməni fəalları, başqa xalqların və ölkələrin nümayəndələri qatıldı. Məhz bu sülhməramlı missiyanı genişləndirmək və müxtəlif ölkələrin siyasi, elmi birliklərini cəlb etmək məqsədi ilə bu gün Bakıda "Qafqaz Tarix Mərkəzi" İctimai Birliyi tərəfindən təşkil olunmuş "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" adlı Beynəlxalq elmi-praktik konfrans keçirilir. Beynəlxalq konfrans tarixi suallara, beynəlxalq dialoqun genişləndirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması istiqamətində Azərbaycan-Ermənistan dialoquna həsr edilib. Tədbirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan, Kanada, Ukrayna, İsveç, Özbəkistan alimləri, siyasətçiləri, ictimai xadimləri, həmçinin erməni ictimai xadimləri, tədqiqatçıları iştirak edirlər. Konfransda müxtəlif ölkələrdən 50-dən çox alim və siyasətçi iştirak edir. Tədbirdə həmçinin Azərbaycanın dövlət strukturlarının, diplomatik missiyaların təmsilçiləri, Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri də iştirak edir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol