• $
  • €
  • ₽
  • ₺
  • £

Parisdə Azərbaycan prezidentinə dəstək aksiyası keçirilib

Parisdə Azərbaycan prezidentinə dəstək aksiyası keçirilib
14.03.2017 21:29
Avropada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevə dəstək nümayiş etdirmək məqsədilə Parisin Joffre meydanında – Sülh divarının yaxınlığında aksiya keçirib.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mitinqdə 400-dən çox həmvətənimiz iştirak edib.
 
Aksiyada "Paris Azərbaycan Evi”nin rəhbəri və Azərbaycanın Dostları Assosiasiyasının Baş katibi Mirvari Fətəliyeva, Adela Naibova, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin üzvü Jan Fransua Mansel, Assosiasiyanın İdarə Heyətinin  üzvləri Jérome Beguin, Fransa Senatının üzvləri Natali Quli, Andre Reyhart, diaspor fəalı Rza Zeyniyev və digəriləri çıxış edərək prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətinə dəstək nümayiş etdirib, Azərbaycan dövləti ilə həmrəy olduqlarını bildiriblər.
 
Mitinq iştirakçıları prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionda müstəqil siyasət yürütdüyünü vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan güclü orduya, inkişaf edən iqtisadiyyata və yüksək beynəlxalq nüfuza malik dövlətdir.
 
Aksiyada, həmçinin, beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb olunub. Mitinqdə  iştirak edənlər bir milyondan çox həmvətənimizin məcburi köçkünə çevrilməsinə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laqeyd münasibətinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar.
 
Aksiyada həmçinin qeyd olunub ki, Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olan Fransa ilə ikitərəfli əlaqələr yüksək səviyyədə inkişaf edir. Dövlət başçılarının, hökumət və parlament nümayəndələrinin qarşılıqlı səfərləri, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı bu əməkdaşlığın daha da genişləndirildiyini göstərir.
 
Əllərində Azərbaycan və Fransa bayraqları tutan mitinq iştirakçıları "Cənab Prezident biz sizi dəstəkləyirik!”, "Ermənistan işğaldan və terrordan əl çək", "Biz torpaqlarımızı hökmən azad edəcəyik!", "Xocalıya ədalət", "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!", "Terrora və soyqırımına yox deyirik!" kimi şüarlar səsləndirilib, plakatlar qaldırılıb.
 
Aksiyanın sonunda mitinq iştirakçılarının bəyanatı oxunub. Mitinq zamanı yerli sakinlərə və şəhərin qonaqlarına Azərbaycan həqiqətlərini əks etdirən broşurlar paylanılıb. 
 
Aksiya "Paris Azərbaycan Evi”nin təşkilatçılığı, eləcə də Nantda fəaliyyət göstərən Fransada Azərbaycan Mədəniyyət Assosiasiyası, Le Mans, Le Val, Anji şəhərlərində fəaliyyət göstərən Azərbaycan icmalarının təşkilati dəstəyi ilə baş tutub. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol