Latviyanın sabiq prezidenti: "Azərbaycan ildən-ilə inkişaf edir"

Azərbaycan sabitliyin hökm sürdüyü ərazidir.
ANN.AZ/ "Azərbaycan ildən-ilə inkişaf edir və infrastrukturunu genişləndirir".
"ANN" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa V Qlobal Bakı Forumu çərçivəsində deyib.
O, Azərbaycanın müharibədən keçməsinə baxmayaraq, sabitliyin hökm sürdüyü ərazi olduğunu qeyd edib.
"Latviya kimi, Azərbaycan da SSRİ-nin dağılmasından sonra uzun yol qət edib. Amma zəngin təbii ehtiyatları sayəsində Azərbaycan üstünlük əldə edib. Azərbaycanın ildən-ilə inkişaf etdiyini, infrastrukturunu genişləndirdiyini görürəm.
Azərbaycanda təbii ehtiyatlar xalqın maraqlarına xidmət edir", - deyə Vayra Vike-Freyberqa vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























