• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya Prezidenti: Qlobal Bakı Forumu müxtəlif insanlar arasında dialoqa və əməkdaşlığa yardım edir

İtaliya Prezidenti: Qlobal Bakı Forumu müxtəlif insanlar arasında dialoqa və əməkdaşlığa yardım edir
16.03.2017 15:15
Müasir dövr beynəlxalq ictimaiyyət qarşısında dayanan vacib və təxirəsalınmaz məsələlər barədə düşünməyə məcbur edir.

Trend-in məlumatına görə, bu fikir İtaliya Prezidenti Sercio Mattarellanın V Qlobal Bakı Forumunun açılışında İtaliyanın Bakıdakı səfiri Campaolo Kutillo tərəfindən oxunan məktubunda yazılıb.

Məktubda qeyd olunur ki, bu məsələlər arasında vacib əhəmiyyətli prioritet mədəniyyətlərarası dialoqun təşviq olunmasıdır:
 
"Beynəlxalq ictimaiyyətin ümumi irsinin tərkib hissəsi olmalı olan müxtəlifliyə hörmət və əsas azadlıqların müdafiəsi daimi şəkildə zorakı təzyiqə məruz qalır”.

Məktubda o da bildirilir ki, Forumun keçirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri müxtəlif insanlar, mədəniyyətlər və məzhəblər arasında dialoq və əməkdaşlıq üçün çox vacibdir.

Qeyd edək ki, bu gün "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər.

 Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol