• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ermənistanla Türkiyəni barışdırmaq istəyir: "Hazırıq"

Rusiya Ermənistanla Türkiyəni barışdırmaq istəyir: "Hazırıq"
16.03.2017 15:45
Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər. 

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın "Regional Post - Caucasus" jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 
 
"Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq. Bu, şübhəsiz ki, ümumilikdə regionun xeyrinə olacaq", - o vurğulayıb.
 
Nazir qeyd edib ki, Moskva Ermənistan-Türkiyə danışıqlarına yardım etməyə hazırdır: "Rusiya Ermənistan-Türkiyə münasibətlərinin bərpasına 2007-2009-cu illərdə aktiv mərhələdə vacib rol oynayıb. Sonra bu normallaşma prosesi dayandı.

 Lakin tərəflərin razılığa gəlmək, ciddi və məsuliyyətli qərar qəbul etmək bacarığı nümayiş etdirmələri vacibdir. Əminik ki, Ermənistan və Türkiyə mövcud problemləri həll etməyə qadirdir. Bununla yanaşı çox şey onların özlərindən asılıdır. Belə ki, siyasətçilərin keyfiyyəti təkcə onların obyektiv çətinlikləri real analiz etmələri ilə deyil, həm də optimist olmaları və öz vətəndaşlarının istəklərini reallaşdırmaq qabiliyyəti ilə müəyyən olunur. İrəvan və Ankara danışıqlar masasına əyləşən zaman Rusiya onlara ən aktiv yardımı etməyə hazır olacaq". 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol