• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomatlar işə düşdü: İrəvanda KÜÇƏ DÖYÜŞLƏRİ - VİDEO

Avtomatlar işə düşdü: İrəvanda KÜÇƏ DÖYÜŞLƏRİ - VİDEO
17.03.2017 14:14
Ermənistanda parlament seçkiləri öncəsi ciddi toqquşmalar yaşanır.

Publika.az xəbər verir ki, Armavir rayonunun Crarat kəndində hakimiyyət nümayəndələri ilə müxalifətçilər arasında silahlı toqquşmadan sonra gərginlik davam edir.

"Müstəqil müşahidə” ittifaqı martın 12-də baş verən toqquşmadan sonra kənddə hələ də fövqəladə vəziyyətin davam etdiyini açıqlayıb.

Hadisələr keçmiş xarici işlər naziri Vardan Oskanyan, "İrs” partiyasının sədri Raffi Ovanesyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın yaratdığı "Oskanyan-Raffi-Ohanyan” (ORO) blokunun seçkiqabağı dövrdə kənddə keçirdiyi təbliğat kampaniyası zamanı baş verib.

Blokun mitinqinə avtomatla hücum edilib. Martın 14-də isə daha bir silahlı hücum baş verib, nəticədə "ORO” blokunun nümayəndələri yaralanıb.

"ORO” bu hadisələrə görə, hakimiyyəti ittiham edib və hücumun birbaşa seçkilərlə bağlı olduğunu açıqlayıb.

Blokun üzvlərindən Armen Martirosyan deyir ki, martın 12-də Craratda seçkiqabağı görüş zamanı kənd sovetinin sədri Samvel Qalstyan vətəndaşlardan ərazini tərk etməyi tələb edir.

"O, söyüş söyürdü. Tədbirdən sonra "ORO” tərəfdarları kənd soveti sədrindən söyüş söydüyünə görə cavab verməyi tələb etdilər. Şifahi atışma belə başladı. Sonra blok tərəfdarlarının evinə polis rəisinin müavini, polkovniki Lernik Yeranosyan gələrək, tapança ilə onları hədələyib. Hətta havaya güllə də atıb”, - deyə o bildirib.

Martirosyan qeyd edir ki, Lernik Armavir rayonunun polis rəisinin müavini Levon Yeranosyanın qardaşıdır.

Hakim Respublika Partiyası hadisəni şərh etməkdən imtina edib.

"Müstəqil müşahidə” ittifaqının məlumatına görə, kənddə gərgin atmosfer hökm sürür.

"Azadlıq radiosu”nun erməni xidməti Levon Yeranosyanın bu ilin yanvarında prezident Serj Sarkisyan tərəfindən "ictimai asayişin qorunmasına” görə ordenlə təltif edildiyini yazıb.

Ermənistan mediasının məlumatına görə, ölkədə seçkiqabağı vəziyyət kəskinləşib və siyasi cəbhələr arasındakı qarşıdurma silahlı toqquşlmalara gətirib çıxara bilər.

"ORO”-nun lideri olaraq çıxış edən keçmiş müdafiə naziri Seyran Ohanyan Craratdakı hadisələr haqqında danışarkən, hakimiyyəti təhdid edib.

"Əgər hadisələrə düzgün qiymət verilməsə, heç kəs üçün yaxşı olmayacaq”, - deyə o bildirib.

"ORO”-nun üzvü, qondarma "DQR”-in keçmiş "müdafiə naziri” Samvel Babayan isə hakimiyyəti silahla hədələyib və qeyd edib ki, "onlar əllərinə silah alarsa, bu heç də yaxşı olmayacaq”.

2016-cı ilin iyulunda İrəvanda polis alayının binasını tutan qiyamçılara qida daşıdığına görə həbs olunan 49 yaşlı Artur Sarkisyanın ölümü isə Ermənistanda ciddi etirazla qarşılanıb. İnsanlar küçələrə axışaraq, etiraz aksiyası keçiriblər. Hazırda sakitlik olsa da, aksiyaların davam edəcəyi gözlənilir.

Siyasi müşahidəçilər Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərinin qanlı olacağını deyirlər.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol