• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu - FOTO

Azərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu - FOTO
27.03.2017 16:37
Polşanın Lodz Universitetində oxuyan azərbaycanlı tələbənin şikayəti əsasında erməni müəllim işdən qovulub.

ANN.Az vətəninfo-ya istinadən xəbər verir ki, tələbə Fatimə Şirəliyeva erməni millətindən olan universitet müəlliminin haqsızlığı ilə üzləşib. Belə ki, ümumi fənlər üzrə Fatiməyə dərs deyən müəllim atalıq məzuniyyətinə getdiyindən imtahanları universitetin erməni millətindən olan Krakovyan adlı müəllimin götürəcəyi məlum olur.

"Bu müəllim imtahanlara kimi bir neçə dəfə dərslərimizə də girirdi. Mənim Azərbaycandan olduğumu biləndən sonra bunun mənə qarşı hərəkətləri, fikirləri tamam dəyişmişdi. Mən imtahana erməni müəllimin girəcəyini bildikdən sonra, mövzumu dəyişdim və Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan istiqamətində hazırlaşdım.

İmtahanda bu istiqamətdə hazırladığım məruzəmi səsləndirəndə Krakovyan bir neçə dəfə məndə səhvlər çıxarmağa çalışdı. Amma mən ona bütün həqiqətləri çatdıranda susmalı oldu. Çıxışımdan sonra bütün tələbələr məni alqışladıqda erməni müəllim daha da qəzəblənirdi", - deyən Fatimə bildirdi ki, imtahandan sonra Krakovyan ona imtahanın cavabını e-mail adresinə göndərəcəyini bildirir.

Krakovyan Fatimənin e-mail ünvanına göndərdiyi imtahan cavabında qiymət almadığını və kəsildiyini bildirir.

Fatimə Krakovyanın bu hərəkəti ilə bağlı Lodz Universitetinin rəhbərliyinə məlumat verir. Lakin ali məktəb rəhbərliyi Krakovyanın 15 ildən artıq müddətdə burada çalışdığını, indiyədək ondan şikayət edilmədiyini əsas gətirərək, ona qarşı heç bir cəza görmür. Bir müddət sonra isə Polşa Respublikasının təhsil naziri universitetdə hansısa bir tədbirə qatılır. Bu vaxt Fatimə naziri yaxınlaşaraq Krakovyanın ona qarşı haqsızlıq etdiyini, Azərbaycandan olduğu üçün imtahandan kəsdiyini bildirir.

Təhsil naziri Fatimənin dinlədikdən sonra göstəriş verir və Krakovyan universitetdən qovulur.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin 2012-2016-cı illərdə tələbəsi olmuş 1995-ci il təvəllüdlü  Şirəliyeva Fatimə Kamil qızı 2014-2015-ci illərdə Tələbə Mübadiləsi proqramı ilə Polşa Respublikasının Lodz şəhərində təhsil almağa göndərilib. Fatimə təhsil aldığı müddətdə Dağlıq Qarabağ mövzusunda keçirilən tədbirlərdə fəal iştirak etməklə bərabər, universitetin ən aktiv tələbəsi kimi Azərbaycan həqiqətlərinin Polşa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan gənclərdən birinə çevrilib. Fatimənin aktivliyi Lodz Universitetinin rəhbərliyi tərəfindən də rəğbətlə qarşılanır. Elə bunun nəticəsidir ki, universitet rəhbərliyi Azərbaycandan olan tələbələrin müxtəlif layihələrini dəstəkləyir.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol