• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA-nın alt komitəsinin xüsusi iclasının vaxtı və yeri açıqlanıb

AŞPA-nın alt komitəsinin xüsusi iclasının vaxtı və yeri açıqlanıb
30.03.2017 18:17
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi çərçivəsində yaradılmış Üzv ölkələr arasında münaqişələr üzrə Alt komitənin xüsusi iclası Vyanada keçiriləcək.
 
Bu barədə APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
 
Onun sözlərinə görə, Monitorinq Komitəsinin mayın 15-də Helsinkidə keçiriləcək iclasında ümumi komitə çərçivəsində məlumat xarakterli təşkilati məsələlər müzakirə olunacaq: "Əsas iclas Vyanada keçiriləcək. İclasda ərazisində münaqişə olan Avropa Şurasının üzv ölkələri ilə bağlı böyük müzakirələr olacaq. Alt komitənin formatı artıq müəyyən olunub. Buraya Monitorinq Komitəsinin üzvləri, ölkələr üzrə məruzəçilər və Alt komitənin və Monitorinq Komitəsinin rəhbərliyi daxildir. Mən özüm də iclasda iştirak edəcəyəm. Bildiyiniz kimi, həmin Alt komitənin rəhbəri Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakdır. Müavini isə İtaliyadan olan parlamentar Cuzeppe Qalati seçilib”.
 
Səməd Seyidov komitənin hansı istiqamətdə fəaliyyət göstərəcəyi məsələsinə də toxunub: "Siz görürsünüz ki, Avropa Şurasının üzvü olan 47 ölkədən8-i faktiki müharibə içərisindədir. Buraya Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Ukrayna, Moldova, Kipr və Türkiyə daxildir. Avropa Şurasında biz birlikdən danışırıq,  amma birlik nəinki yoxdur, hətta ölkələr üzrə münaqişələr, müharibələr, hərbi cinayətlər mövcuddur. Bu baxımdan bu Alt komitənin işi vacibdir, amma nəticə nə olacaq, bunu əvvəldən demək çətindir. Komitənin nə qədər müddətə fəaliyyət göstərəcəyi də Vyanada müəyyən olunacaq”.
 
Qeyd edək ki, Vyana iclasının iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Tarixin dəqiqləşməsi üçün Assambleyanın bürosundan təsdiq gözlənilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol