• $
  • €
  • ₽
  • ₺
  • £

Bu klan hakimiyyətdə qalacaq

Bu klan hakimiyyətdə qalacaq
03.04.2017 23:00
Ermənistanda gözlənilən baş verdi. Separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərindəki nəzarətini gücləndirdi. 2 aprel parlament seçkisinin nəticəsindən fərqli heç nə çıxmadı. Prezident Serj Sarkisyanı sərt tənqid edən hər iki müxalif bloku parlamentdən kənarda qaldı. Halbuki, müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Buna baxmayaraq, hakimiyyətlə bir çox dəyərləri bölüşdürən "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" partiyaları müxalifət adı ilə parlamentə düşdülər.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edərkən bildirib.

Politoloq hesab edir ki, bu seçkilər göstərdi ki, 20 ildir Ermənistanda hakimiyyəti nəzarətdə saxlayan separatçı "Qarabağ klanı" yaxın illərdə də iqtidarını qoruyacaq: "Konstitusiya dəyişdiyindən əsas rol parlamentə və hökumətə keçir. Serj Sarkisyan hər ikisi üzərində nəzarətini saxlayacaq. Bu, o vaxta qədər davam edəcək ki, Ermənistan cəmiyyəti inqilab və ya silah gücünə bu hakimiyyəti devirməsin. Əks halda indiki klan "seçki yolu" ilə hakimiyyətdən gedən deyil".

E.Şahinoğlunun fikrincə, Ermənistanda parlament seçkisinin nəticəsi Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlarda da irəriləyişin olmayacağına işarədir: "İşğal davam edəcək və Sarkisyan əvvəlkitək status-kvonu uzatmağa çalışacaq. Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu düşünən siyasətçilər var. Ancaq biz nə vaxtsa onların hakimiyyətə gələcəyini gözləyə bilmərik. Vaxt gedir. Qarşımızdakı eyni qüvvədir və onunla danışmağın yolu bəllidir..."

Qeyd edək ki, bu, ölkədə prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçidi nəzərdə tutan 2015-ci ildəki konstitusiya dəyişikliyindən sonra keçirilmiş ilk seçkilər idi. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də yeni parlament müəyyənləşdirəcək və prezident, sadəcə, formal səlahiyyətlərə malik olacaq. Poporsional sistem əsasında formalaşacaq parlament üzvləri daha sonra prezidenti 7 illiyə seçəcək. Prezident isə parlament seçkilərində mütləq qələbə qazanmış partiya və ya siyasi blokun namizədini baş nazir təyin edəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol