Türkiyə Qafqazda mühüm oyunçu olmaq istəyir

Türkiyə Azərbaycanla birgə Qafqazda mühüm oyunçu olmaq istəyir.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, Türkiyə ümumilikdə dünyada vacib oyunçu olmağa səy göstərir:
"Biz dünyada bütün danışıqlar arenalarında olmaq istəyirik. Dünyanın hər yerində məzlumları və köməksizləri müdafiə etməyə çalışırıq".
M.Çavuşoğlu bildirib ki, Türkiyə münaqişələrin nizamlanması, Suriyada müharibəyə son qoyulması və Balkan ölkələrinin inkişafı üçün fəaliyyət göstərir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























