• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan prezidenti: “Ermənistan rəhbərliyi qlobal qarşıdurma yaratmağa səy göstərir”

Azərbaycan prezidenti: “Ermənistan rəhbərliyi qlobal qarşıdurma yaratmağa səy göstərir”
05.04.2017 12:39
"Biz bütün sahələrdə müştərək maraqlara xidmət edən təkliflər  irəli sürürük, iri  transmilli layihələr həyata keçiririk. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz Cənub Qaz dəhlizi layihəsi üzrə işlər uğurla davam etdirilir. Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun inşası isə artıq yekunlaşmaq üzrədir. Son illər ərzində ölkəmizdə bir sıra mötəbər mədəniyyət və idman tədbirləri keçirmişik. Hesab edirik ki, bu il ev sahibliyi edəcəyimiz növbəti mədəniyyətlərarası dialoq forumu və İslam Həmrəyliyi Oyunları da dünyada və regionumuzda qarşılıqlı etimad mühitinin dərinləşməsinə, sülh və təhlükəsizliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.
 
APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda keçirilən XX Avrasiya İqtisadiyyat Zirvə toplantısının iştirakçılarına ünvanladığı məktubda deyilir.
 
Məktubda Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulub: "Həll olunmamış münaqişələr dünyada sülh və əmin-amanlığı təhdid edən əsas problemdir. Ötən əsrin sonlarında meydana çıxmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ölkəmizin inkişafı yolunda əsas əngəl olaraq qalır. Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə və soyqırımı törədib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, təcavüzkar dövlət zəbt etdiyi torpaqlardan çıxmaq istəmir, hər vəchlə "status-kvo”nu uzatmağa çalışır. Ən təhlükəlisi odur ki, Ermənistan rəhbərliyi ərazi iddiası səbəbindən başlamış bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək, qlobal qarşıdurma yaratmağa səy göstərir”.
 
Prezident İ. Əliyev Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarının, iş adamlarının gündəlikdə duran və hamını düşündürən məsələlər ətrafında səmərəli müzakirələr aparacaqlarına inandığını bildirib. 
 
Məktubda zirvə toplantılarının Avrasiya məkanında qarşılıqlı əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi, bu toplantıların səmərəli əməkdaşlıq platformasına çevrildiyini vurğulanıb. Qeyd olunub ki, toplantılarda qlobal xarakterli problemlər, bəşəriyyəti narahat edən məsələlər hərtərəfli müzakirə edilir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol