Şimali Koreya ABŞ-a xəbərdarlıq etdi

Şimali Koreyanın ballistik raket sınağından sonra ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirmək üçün hərbi donanmasını əraziyə göndərib.
"Ölkə.Az" xəbər verir ki, Şimali Koreya rəhbərliyi ABŞ-a sərt cavab verib. Xəbərdarlıqda rəsmi Pxenyan istənilən müharibəyə cavab verməyə hazır olduğunu qeyd edib.
Avstraliya limanlarına doğru yola çıxan ABŞ hərbi donanması Şimali Koreyanın raket sınaqlarından sonra Cənubi Koreya donanması ilə birgə hərbi təlimlər keçirmək məqsədi ilə Koreya yarımadası istiqamətində hərəkətini dəyişib.
Şimali Koreya isə bu açıqlamanı verib: "ABŞ-ın fəaliyyəti nəticəsində yarana biləcək faciəvi nəticələrə görə ABŞ-ı günahkar biləcəyik. Koreya Demokratik Xalq Respublikası ABŞ-ın istədiyi hər növ savaşa cavab verməyə hazırdır".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























