• $
  • €
  • ₽
  • ₺
  • £

Putindən Qarabağla bağlı yeni qərar

Putindən Qarabağla bağlı yeni qərar
11.04.2017 16:28
Qarabağla bağlı Putinin 2018-ci il PLANI: Sarkisyanın dirənişi və varis oyunu

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2018-ci ildə postundan gedəcək. Onun yerinə isə hazırkı müdafiə naziri Viqen Sarkisyan gələcək.

ANN.az xəbər verir ki, bu barədə "Jamanak” qəzeti yazıb.

Qəzet mənbələrə istinadən qeyd edir ki, müdafiə naziri postunda Viqen Sarkisyanı Ermənistanın polis rəisi Vladimir Qasparyan əvəz edəcək.

Bu, təsdiqlənməmiş məlumatlar olsa da, Erməniastanda, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən siyasi prosesər fonunda diqqət çəkir.

Viqen Sarkisyan Serj Sarkisyanın varisi hesab olunur. Təsadüfi deyil ki, parlament seçkilərində hakim Respublika partiyasının namizədlər siyahısına məhz o, rəhbərlik edirdi. Aprel döyüşlərində məğlubiyyətdən sonra Rusiyaya yaxın Seyran Ohanyanı istefaya göndərdi, əvəzində Viqen Sarkisyanı gətirdi. Lakin bu təyinat Rusiyanın adamı olan, "Qazprom”un əməkdaşı Karen Karapetyanın baş nazir postuna gətirilməsindən sonra həyata keçirilmişdi. Sarkisyan bununla Rusiyanın İrəvanda kadrlarını yerləşdirmək gedişinə qarşı əks-həmlə etdi.

Viqen Sarkisyanın xarici siyasətə təsiri ehtimalı ilk dəfə fevralın 20-də gündəmə gəldi. 21-22 fevral tarixində Moskvaya səfər edən xarici işlər naziri Edvard Nalbandyan fevralın 20-də Müdafiə Nazirliyində ordu rəhbərliyi ilə görüşmüşdü. Bu, fevralın 25-də erməni hərbi birləşmələrinin cəbhədə təxribat hücumuna hazırlığı hesab olunurdu.

Lakin həm də Sarkisyanın varisinin xarici siyasətə təsirinin ilk həmləsi idi.

Viqen Sarkisyanın xarici siyasət idarəsinə rəhbərlik edəcəyinə dair informasiyalar Ermənistanda parlament seçkiləri ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) "kölgəsi” hesab olunan "Stratfor” beyin mərkəzinin məlumatı yada düşür.

"Moskva İrəvanda təsir dairəsini gücləndirmək üçün Sarkisyanın aparatında müxtəlif gücləri ələ alır. İnformasiyalar var ki, xarici işlər naziri Edvard Nalbandyan Rusiya ilə ailə əlaqələrinə malikdir. Lakin Moskva üçün yeni müdafiə naziri Viqen Sarkisyan əlverişli görünmür. Çünki o, Dağlıq Qarabağ məsələsində Ermənistan siyasətini tətbiq edir və Kremlin Ermənistan daxilindəki hansısa adamının danışıqlara rəhbərlik etməsinə imkan verməyi düşünmür”, - deyə "Stratfor” yazırdı.

Hesab etmək olar ki: Sarkisyan Rusiya ilə qohumluq əlaqələrinə malik olan Edvard Nalbanydanı göndərir, yerinə isə "Qarabağ məsələsində Ermənistan siyasətini tətbiq edən” Viqen Sarkisyanı gətirir; beləliklə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planlarının qarşısını almaq gedişi edir.

Bu, İrəvanda Qarabağ üçün rus planının tətbiq olunacağı qorxusunun qaldığını göstərir. Hansı ki, ruslar ilkin mərhələdə işğal altındakı 5 rayonun qaytarılmasını, ardınca qaçqınların qayıdışını, sonra iki rayonun qaytarılmasını nəzərdə tuturdular. Moskvanın əsas istəyi isə rus ordusunu sülhməramlı adı altında Qarabağa yeritməkdir. Ən son mərhələdə isə Qarabağın yekun statusu müzakirəyə çıxarılır.

Sülhməramlıların Qarabağa yerləşdirilməsi əlverişli olmasa da, Bakı münaqişənin "ölü nöqtə”dən tərpənməsi üçün bu planı müzakirə etməyə hazırdır. Lakin Sarkisyan hakimiyyəti üçün bircə rayonun belə qaytarılması siyasi iqtidarın əldən getməsi ilə nəticələnə bilər.

Burada daha bir ehtimal ön plana çıxır: Ermənistan seçkidən sonra de-yure olaraq, parlament üsul-idarəsinə keçdi, bu keçidin de-fakto reallaşması isə 2018-ci ildə, Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra olacaq. Rusiya 2018-ci ildə baş nazir Karen Karapetyanın timsalında İrəvanda hakimiyyəti tam olaraq ələ keçirəndən sonra Qarabağ planının həyata keçirilməsinə start verəcək. Sarkisyan da Viqeni xarici siyasət idarəsinin başına gətirməklə, rusların gələcək həmlələrinə qarşı "barrikada”lar qurur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol