Ermənilər işğaldan azad edilmiş ərazilərə raket atıblar

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 18 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib, 1 013 ədəd qəlpə, 1 ədəd partlamış ″Qrad″ raketinin mühərrik hissəsi aşkar edilib.
Bu barədə İstiPress-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
19 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 47 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar olunaraq zərərsizləşdirilib, 327 059 kv.m ərazi (107 709 kv.m ərazi əl ilə, 95 800 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 10 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























