İcra başçısının müavini işdən qovuldu

Tovuz rayon icra başçısının müavini Mahir Həsənov işdən çıxarılıb, bu barədə Qafqazinfo saytı xəbər verir.
Saytın etimad etdiyi mənbənin verdiyi məlumata görə, M. Həsənov vəzifəsindən sui-istifadə edərək külli miqdarda pulu mənimsədiyinə görə işdən qovulub və ona qarşı cinayət işi açılıb.
Saytın Tovuzdakı mənbələri Mahir Həsənovun işdən bir neçə gün öncə çıxarıldığını bildirsələr də, onun vəzifəsindən hansı səbəbə kənarlaşdırıldığı ilə bağlı məlumat verməyiblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























