• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ordusu əsas mövqeyini itirdi

Ermənistan ordusu əsas mövqeyini itirdi
24.04.2017 10:50
Ermənilər Serj Sarkisyanın bu günlərdə irəli sürdüyü "millət – ordu” ideyasını qəbul etmirlər.

İstipress-in müxtəlif erməni nəşrlərində apardığı araşdırmadan məlum olur ki, istər diaspor təmsilçiləri olsun, istərsə Ermənistanda yaşayanlar - erməni icmaları bu ideyanı qəbul etmir və bu doktrinanın yalnız Serj Sarkisyanın hakimiyyətini gücləndirmək cəhdi olduğunu bildirirlər. Beləliklə, Ermənistan ordusu əsas mövqeyni - xalqın dəstəyini itirir.

Bu fikir erməni şərhçi Arman Amatuninin "Niyə Serj Sarkisyanın "millət-ordu” barədə fikri gülüş və həyəcan doğurur?” adlı məqaləsində  daha dolğun əks etdirilir:

"Məhz aprel döyüşlərinin hakiyyəti "millət-ordu” konsepsiyasını irəli sürməyə məcbur etdiyini demək çətindir, bu ya bəhanə oldu, ya da əlverişli hadisə. Əsas səbəb başqadır - hakimiyyət daxilində olan problemlərdir, daha dəqiqi 2018-ci il probleminin həllidir. Bu məsələdə "millət-ordu” konsepsiyası Serj Sarkisyan və onun siyasi planları, niyyətləri üçün vacib və təsirli vasitədir”. 

"Millət-ordu” konsepsiyasının əsasında isə aşağıdakılar durur: 

Ali məktəbləri bitirən gənclərə ayda 500 dollar maaşa 3 illiyə orduda zabit kimi qulluq etmək təklif edilir. Bu, İrəvandakı orta maaş göstəricisindən 2 dəfə, regionlardakı orta maaş göstəricisindən isə 3 dəfə yüksək rəqəmdir.

Həmçinin orduya çağırış yaşı çatmış gənclərə isə 3 illik muzdlu- müddətli hərbi xidmət təklif edilir. Onlar həmin müddətin 7 ayını öz evlərində keçirəcəklər. Yəni 6 aydan sonra muzdlu əsgərlər 1+1+2 sistemi ilə xidmət edəcəklər. Bunun 1 həftəsini evdə, 1 həftəsini hazırlıqda, 2 həftəsini isə ön cəbhədə keçirəcəklər.

Orduda 3 illik xidməti başa çatdıran gənclərə 10 min dollar pul verilir və onlar bu pulu 3 istiqamətdə - şəhərlilər ucuz ipoteka, kəndlilər isə mini ferma yaratmaq istiqamətində, yaxud təhsil haqqı kimi istifadə edə bilər.

Təbii ki, bu şərtlər daxilində Serj Sarkisyan özünə  və klanının maraqlarına xidmət edəcək silahlı dəstə yarada bilər. Helsinki Vətəndaş Assmbleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuns "1in.am”a müsahibəsində bunun Ermənistanı xarabarzarlığa çevirəcəyini deyir: "Respublika Partiyası öz siyasəti ilə Ermənistanı xarabalıqlara və qəbristanlığa çevirəcək. "Millət-ordu” konsepsiyasını talançılıq saymaq olar. Burada öz maraqlarını insanların həyatı bahasına təmin etmək məntiqi hakimdir”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol