Makron: Qarabağ münaqişəsinin həlli üçün maksimum dərəcədə səy göstərəcəyəm

"Mən, prezident seçildiyim halda Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyəm”.
ANN.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransada keçirilən prezident seçkisinin birinci turunda qalib gələn iki namizəddən biri Emmanuel Makron bildirib.
"Təfərrüatları açıqlamayacağam. Mən Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyəm. Amma siz yaxşı bilirsiniz ki, bu problemi təkbaşına həll etmək mümkün deyil”, - Makron qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























