• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya səfiri Dağlıq Qarabağ münaqişəsindən danışdı

İtaliya səfiri Dağlıq Qarabağ münaqişəsindən danışdı
27.04.2017 17:40
Dağlıq Qarabağ münaqişəsi bütün region üçün risk daşıyır, çünki zorakılıq dayanmır və vaxtaşırı gərginlik artımı müşahidə olunur.

Bunu Trend-ə İtaliyanın Bakıdakı səfiri Campaolo Kutillo deyib.

Səfir qeyd edib ki, bu regionda sülh və təhlükəsizliyin qorunması regionun inkişafı deməkdir.

Onun sözlərinə görə, bu təkcə iki ölkə üçün yox, həm də bütün dünya üçün vacibdir: "Mən arzu edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunsun. Buna müəyyən vaxt tələb olunacaq, amma bu məsələni yerinə yetirmək lazımdır”.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başladı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol