• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ üçün islam döyüşçüləri

Qarabağ üçün islam döyüşçüləri
08.05.2017 15:27
Ermənistan tankları Azərbaycan ərazisində

Azərbaycan təmsilçiləri meydana qara sarğılarla çıxmalıdır

25 il qabaq Şuşanı işğal etmiş ermənilər Azərbaycanın bu tarixi şəhərinə hücum etmiş erməni silahlılarının sayını fantastik səviyyədə azaldırlar, şəhəri müdafiə edən azərbaycanlı döyüşçülərin sayını isə dəfələrlə azaldırlar. Məsələn, "Vikipedia” internet kitabxanasının rus redaksiyasına material yerləşdirmiş ermənilər şəhərə cəmi 2 tankla 1800 erməninin hücum etdiyini iddia edirlər.

Amma İstiPress-in müxtəlif erməni mənbələrində apardığı araşdırmalar çox-çox fərqli rəqəmlər ortaya çıxarır. Özü də şəhərin işğalında iştirak etmiş erməni hərbçilər özləri də müxtəlif müsahibələrində fərqli rəqəmlər səsləndiriblər. Məsələn, Şuşanın işğalına rəhbərlik etmiş Komandos ləqəbli erməni general Arkadi Ter-Tadevosyan 2014-cü ildə "Lratvakan”a verdiyi müsahibədə Ermənistan ordusunun 3 min əsgərinin Şuşaya hücumda iştirak etdiyini bildirmişdi, şəhəri müdafiə edən azərbaycanlıların sayının 2500 olduğunu iddia etmişdi.

 Ermənistan üçün son tarix müəyyənləşdi

Peşəkar hərbçi olan Arkadi Ter-Tadevosyan sonradan bu iddiasının bir qədər gülünc olduğunu anladı və "Lragir”ə bir il sonra verdiyi müsahibəsində şəhərə hücum edən erməni sayının şəhəri müdafiə edən azərbaycanlılardan 3 dəfə çox olduğunu bildirdi, yəni Şuşaya 7500 erməninin hücum etdiyini təsdiqlədi. Həmin müsahibəsində Arkadi Ter-Tadevosyan ermənilərin 4500-ə qədərinin həlak olduğunu bildirmişdi: "Qurbanlarımız o qədər böyük idi ki, mən bu şəhərə hücum etdiyimizə peşman olmuşdum”.

Azərbaycan tərəfindən isə Şuşanı cəmi 300 əsgər müdafiə edib. Düzdür, əvvəl şəhərdə 500 döyüşçü olub, lakin mayın 7-də çeçen səhra komandiri Şamil Basayevin rəhbərlik etdiyi 150 döyüşçü onları tərk edib. Beləliklə, Şuşanın müdafiəsi 400 azərbaycanlı döyüşçünün ümidinə qalıb. Son nəfəsinə kimi vuruşmuş həmin 400 nəfərin 195-i qəhrəmancasına həlak olub, 165 nəfər isə döyüş meydanından yaralı çıxarılıb. 
 


Şuşa məscidi - işğaldan sonra

Təbii ki, müstəqilliyini yeni əldə etmiş Azərbaycanın hazırlıqsızlığından istifadə edərək Şuşanı işğal etmiş Ermənistan bu məsələdə tək olmayıb və Xankəndidə yerləşən 366-cı Rusiya alayı bu işdə böyük rol oynayıb. Şəhərə girən işğalçı qoşunlar Azərbaycanın 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Aşağı Gövhər Ağa məscidini və Cümə məscidini dağıtdılar, Qarabağın bağrında bir islam ocağını söndürdülər.

 Azərbaycan ordusunun Xankəndiyə hücumu
Bu baxımdan Şuşanın taleyi təxminən min il qabaq - 1099-cı il iyulun 15-də səlib yürüşçüləri tərəfindən işğal olunmuş Qüdsün taleyini yaşayıb. Səlibçilər onda bu müqəddəs islam şəhərinin bütün müsəlman əhalisini qırdılar. Qüdsün işğalı düz 88 il çəkdi və islam aləmini qaniçən səlibçilərdən məhz atalarımız olan səlcuq türkləri xilas etdi. Onların şücaəti nəticəsində itirilmiş müsəlman şəhərləri bir-bir geri alındı və 1187-ci ildə Qüds azad edildi.

Şuşa bu günkü islam aləminin Qüdsüdür. Təsadüfi deyil ki, ermənilər öz məqalələrində xristian dünyasının sərhədinin Ağdamdan keçdiyini iddia edirlər. Azərbaycan torpaqlarını işğal etməklə Helsinki prinsiplərin pozmuş Ermənistanın hərbi cinayətlərinə qərb dünyasının göz yumması məhz xristian həmrəyliyi hesabınadır. İslam aləmi bu nüansı unutmamalıdır.

Bu məsələ Bakıda bu gün başlayan İslam Həmrəyliyi Oyunlarında da nəzərə alınmalıdır. Yaxşı olar ki, İslam aləmini təmsil edən futbol komandaları bu gün meydana Şuşanın işğalını xatırlayaraq qara sarğılarla çıxsınlar. Bugünkü Fələstin - Oman və Azərbaycan - Kamerun  görüşlərində bu çox vacibdir. Hər kim olmasa da Azərbaycan yığması bu addımı mütləq atmalıdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol