Vətənə xəyanət edənləri hansı cəza gözləyir?

Azərbaycanda bir qrup hərbi qulluqçu və mülki şəxslər ölkəyə xəyanət edərək dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.
Vəkil Sadiq Əfəndiyev qeyd edib ki, cinayət qanunvericiliyi casusluq hərəkətlərini onu törədən şəxsin vətəndaşlıq mənsubiyyətindən asılı olaraq iki formada həm dövlətə xəyanət cinayətinin forması kimi, həm də casusluq adlanan müstəqil cinayət tərkibi kimi nəzərdə tutur.
Belə ki, casusluq Azərbaycan Respublikasının vətəndaşları tərəfindən törədildiyi halda cinayəti törədən şəxslər Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş dövlətə xəyanət cinayətinə görə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən törədildikdə Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş casusluq cinayətinə görə məsuliyyətə cəlb olunurlar.
Vəkil qeyd edib ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər casusluğa görə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıldığı halda, Azərbaycan Respublikasının vətəndaşları bu cinayətə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























