• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslar Qarabağda Azərbaycana qarşı döyüşəcək

Ruslar Qarabağda Azərbaycana qarşı döyüşəcək
09.05.2017 11:33
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni general Andranik Makaryanın rus qoşunlarını Qarabağa yeridəcəyi barədə açıqlamasına ciddi reaksiya verməlidir.

İstiPress-ə bu barədə Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik leytanant Üzeyir Cəfərov bildirib.
 


"Andranik Makaryan Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəridir. Vaxtilə, bu qoşun birləşməsi yaradılanda biz etiraz bildirməliydik. Amma Azərbaycan XİN həmin vaxt susdu. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Moskvanın bu regiondakı maraqlarını tam təmin edirdi, üstəlik Ermənistanın təhlükəsizliyini də təmin edirdi. Onu erməni generalın rəhbərliyi altına salmağın nə mənası vardı?” - deyə Üzeyir Cəfərov vurğulayıb.
Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşması 30 noyabr 2016-cı il tarixdə bağlanmış Rusiya - Ermənistan müqaviləsi əsasında yaradılıb. Qruplaşmaya Ermənistanda dislokasiya edən Rusiya hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin 5-ci korpusu daxil edilib.
Qarabağ üçün islam döyüşçüləri

"Aysor.am" saytının yazdığına görə, qruplaşmanın rəhbəri general-mayor Andranik Makaryan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, onu vəzifəyə Ermənistan ali baş komandanı təyin edib:

"Birləşmiş qoşun qruplaşmasının komandanı Ermənistan Silahlı Qüvvələrinin fərmanı ilə və Rusiya Silahlı Qüvvələrinin baş komandanının razılaşması ilə təyin edilir və işdən azad edilir”. 

Ermənistandakı Rusiya hərbi bazasına yerləşdirilmiş raketlərin təsir dairəsi
 



Makaryan bildirib ki, onun rəhbərlik etdiyi qruplaşma, o cümlədən Ermənistandakı Rusiya hərbi bazası yalnız Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanının əmri ilə hərəkət edəcək:

"Sazişdə belə yazılıb. Qruplaşma Ermənistan sərhədlərinin, regionun təhlükəsizliyinin təmini üçün nəzərdə tutulub”.
Erməni general Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının Rusiyanın göstərişini gözləmədən Qarabağ münaqişəsi zonasına aparıla biləcəyini də vurğulayıb. Erməni jurnalistlər məsələni dəqiqləşdirmək üçün sual veriblər:

"Sizə Vladimir Putin (Azərbaycana) hücum etməmək əmri verə bilərmi?”. Andranik Makaryanın cavabı qısa olub: "Yox, verə bilməz”.

Göründüyü kimi, generalın dediyindən belə çıxır ki, Rusiyanın Ermənistandakı hərbi bazası əslində Rusiyanın öz vəsaitləri və insan resursları hesabına Ermənistan üçün yaratdığı və təchiz etdiyi ordu deməkdir. Həmin ordu Qarabağ münaqişəsinə müdaxilə edərsə, hüquqi dildə bu, Rusiyanın Ermənistan tərəfindən Azərbaycana müharibə etməsi deməkdir.

Məhz buna görə,  Üzeyir Cəfərov Azərbaycan XİN-in məsələni Rusiya ilə dəqiqləşdirməsini vacib sayır: "Bu yalandırsa, erməni general cəzalandırılmalıdır.  Əgər doğrudursa, Azərbaycan Rusiyadan izahat tələb etməlidir”.

Əgər Andranik Makaryanın dediyi doğrudursa, bu, Azərbaycanı Rusiya qarşısında bir sıra öhdəliklərdən də xilas edir. Yəni, sabah Ermənistandakı 102-ci hərbi bazanın təyyarələri Azərbaycan hava məkanını pozarsa, rəsmi Bakı rahatlıqla onları vurmaq barədə əmr verə bilər. Çünki onlar artıq Ermənistana məxsus təyyarələr sayılır. 

Çingiz RÜSTƏMOV 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol