• $
  • €
  • ₽
  • ₺
  • £

Minsk qrupunun həmsədri: "Qarabağ münaqişəsinin həlli üçün yüksək səviyyədə ciddi danışıqların vaxtı çatıb"

Minsk qrupunun həmsədri: "Qarabağ münaqişəsinin həlli üçün yüksək səviyyədə ciddi danışıqların vaxtı çatıb"
29.05.2020 03:00
ABŞ və Rusiya arasındakı münasibətlər danışıqlar prosesinə mənfi təsir göstərməyəcək

"Ermənistan və Azərbaycan təmas xəttində hərbi əməliyyatların başlamasının mümkünlüyü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün vasitəçiləri narahat edir.

"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland "Amerikanın səsi"nə müsahibəsində deyib.

R.Hoqland münaqişə tərəfləri arasında indiyə qədər insidentlərin yaşandığını təəssüflə qeyd edib.

Eyni zamanda, amerikalı həmsədr Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 28-də Moskvada keçirilən görüşündə münaqişənin sülh yolu ilə həll edilməsinin zəruriliyinin qeyd olunduğunu xatırladıb və buna ümid etməli olduqlarını bildirib. ABŞ-dan olan həmsədr problemi birdəfəlik həll etmək üçün ən yüksək səviyyədə ciddi danışıqların vaxtının çatdığını vurğulayıb.

ABŞ və Rusiya arasındakı ziddiyyətlərin münaqişənin həll edilməsinə mane olub-olmayacağı ilə bağlı suala cavabında R.Hoqland iki ölkənin bu istiqamətdə işləyəcəyinə əmin olduğunu bildirib: "ABŞ və Rusiya arasındakı əlaqələr bu prosesə mənfi təsir göstərməyəcək".

R.Hoqland bəzi ekspertlərin Rusiyanın Qarabağ münaqişəsinin saxlanmasında maraqlı olması və ABŞ-ın münaqişənin həllinə daha çox cəlb edilməsiylə bağlı bəyanatlarına şərh verib: "Sizi əmin edirəm ki, Rusiya Azərbaycan və Ermənistan arasında münaqişənin olmasını istəmir. Bu, regionda sabitliyi pozar. Əlbəttə, ABŞ və Rusiyanın maraqları fərqli olacaq. Amma bu, o demək deyil ki, biz birlikdə problemləri həll edə bilmirik.

 Bəli, ABŞ-ın prosesə daha çox cəlb olunmasının gərəkli olduğu fikri ilə razıyam. İndi bizdə yeni administrasiya var. Vaşinqton hələ xarici siyasətin müxtəlif versiyalarını nəzərdən keçirir. Gəlin bir az gözləyək və görək necə olur".

ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən münaqişə tərəfləri arasında görüşün təşkil edilməsinin mümkünlüyü barədə danışan diplomat bunun mümkün olduğunu, amma sülh prosesində əsas danışıqların iki ölkənin yüksək vəzifəli rəsmilərindən asılı olduğunu bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol