Nazirin restoranı niyə yandı?

"Müdafiə Sənayesi Nazirliyi (MSN) ”Yalquzaq" snayper tüfənginin ixracına başlayıb" xəbərinin ardından mayın 10-da nazir Yavər Camalovun mediada geniş müsahibəsi yayıldı. Y.Camalov müsahibəsində ölkəmizin getdikcə silah idxalatçısından silah ixracatçısına çevrildiyini bəyan etmişdi.
"Yeni Müsavat”ın yazdığına görə, nazirin odlu-alovlu bəyanatından 2 saat sonra Bakının tanınan və Camalovlara, konkret olaraq nazir Yavər Camalovun biznes şəbəkəsinə daxil olan "Niaqara” restoranında yanğın oldu. Restoranın həyətindəki yanğın 1 saatdan sonra söndürüldü.
Qəzet yazır: "Nə baş verir? Yavər Camalovun açıqlamaları ilə onun restoranının yanması arasında əlaqə ola bilərmi? Məsələn, iddia etmək olarmı ki, nazirin "Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan ”Yalquzaq" tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb" açıqlaması dünyaya silah satan, özünün standartları ilə dünyada tanınan qonşu dövlətlərin qıcığına səbəb ola bilər. Daha bir versiya üzərində də fikirləşməyə dəyər. Məsələn, Azərbaycanın silah istehsalı sahəsində İsrail silah düzəldən şirkətləri ilə əməkdaşlıq etməsi sirr deyil. Bu kimi məsələlər Y.Camalovun müdafiə sənayesi rəhbəri olaraq hədəfə gəlməsinə səbəb ola bilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























