• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml Qarabağda hərbi baza yaradır

Kreml Qarabağda hərbi baza yaradır
29.05.2020 08:37
Anews.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "lragir” saytı yazıb.

Sayt öz mənbələrinə istinadən xəbər verir ki, Moskvanın nəzərdə tutduğu baza İranla sərhəddə olacaq: "Rusiyanın bu planı lap əvvəldən var. Belə fikirlər var idi ki, Rusiya rayonları Azərbaycana qaytarır, əvəzində İranla sərhəddə hərbi baza yaradır. Bakı buna razı olmadığı üçün məsələ təxirə düşüb. Rusiyanın eyni istəyi Ermənistanın da qarşısında qoyduğu deyilir”.

Mənbələr sayta Rusiyanın planının detallarını açıqlayıb.

"Qarabağ münaqişəsi "Kazan düsturu” çərçivəsində həll olunur, rayonlar Azərbaycana qaytarıldıqdan sonra bu bölgədə - İranla sərhəddə hərbi baza qurulur. Lakin Bakı Rusiyanın bu şərtini qəbul etmir”, - deyə məlumatda bildirilir.

Bu informasiyanın doğruluğu şübhə altındadır, lakin diqqət çəkən məqam Rusiyanın məhz İranla sərhəd bölgəsinə "göz dikməsi” haqda deyilənlərdir.
Hesab etmək olar ki, Moskva belə bir hərbi baza ilə İranın qarşısını almaq niyyətindədir. Xüsusilə İranın rusların forpostu olan Ermənistan üzərindən Qafqaza girmək planları fonunda bu izah məntiqli görünür. Lakin burada Rusiyanın İranla gələcəkdə nəzərdə tutduğu toqquşma da əsas faktor ola bilər. 2008-ci il avqust müharibəsindən sonra Rusiyanın planlarına dair müxtəlif versiyalar yayılmışdı. Gürcüstan mediasının irəli sürdüyü versiyalardan biri o idi ki, Rusiya gürcü torpaqlarından Ermənistandakı 102-ci hərbi bazasına quru yolu açmaq və gələcəkdə İranla müharibəyə hazır olmaq istəyir.
İndiki situasiyada Rusiya-İran müharibəsi ağılasığmaz iddia kimi görünür. Lakin o dəqiqdir ki, Tehran və Moskvanı üçüncü güclərə qarşı mübarizə birləşdirir və bu, daimi olmayan birlikdir. Gələcəkdə İran-Rusiya qarşıdurması istisna deyil və hər iki ölkə Qafqazda toqquşa bilər. Çünki İranın əsas maraq dairəsi bu bölgədir. Görünür, Qarabağ bölgəsində məhz İranla sərhəddə hərbi baza yaratmaq istəyən Rusiya Tehranla uzaq perspektivdəki mümkün toqquşmada əlini gücləndirmək niyyətindədir.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol