• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibənin başlayacağı tarix açıqlandı

Müharibənin başlayacağı tarix açıqlandı
15.05.2017 17:02
Türkiyə "Fərat Qalxanı” hərəkatına qatılan Azad Suriya Ordusunun (OSO) 2 min üzvünü Suriyada silahlı təşkilatların əsas sığınacağına çevrilən İdlib vilayətinə göndərməyib.

anews.az "Aydınlıq” qəzetinə istinadən xəbər verir ki, bunun səbəbi Afrində həyata keçirilməsi planlaşdırılan əməliyyatdır.

Nəşrin yazdığına görə, PKK/YPG kantonlarına qarşı əməliyyatlar addım-addım irəliləyəcək. İlk əməliyyat PKK-nın Rojava adlandırdığı bölgənin qərbində yerləşən Afrin kantonunda keçiriləcək. Bunun səbəbi Afrindən Türkiyənin tez-tez atəşə tutulması və ABŞ-ın illərdir üzərində çalışdığı "Kürd dəhlizi” planı baxımından Afrinin strateji əhəmiyyət daşımasıdır.

Afrindən sonrakı hədəf isə Münbiç şəhəri olacaq.

Suriya hava məkanına nəzarət edən Rusiyanın bu əməliyyatlarda dəstəyini almaq Ankara üçün həyati əhəmiyyət daşıyır. Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin mayın 3-də Soçidə keçirdiyi görüşdə bu mövzu müzakirə edilib. Lakin PKK kantonlarına qarşı keçiriləcək əməliyyatlar üçün Rusiyanın razılığı hələ alınmayıb.

Nəşr yazır ki, əməliyyatlarla bağlı iki ölkənin rəsmiləri arasında danışıqlar davam edir.

Qeyd edək ki, cənub sərhədlərində "kürd dəhlizi”nin yaradılmasının qarşısını almaq hazırda Ankara qarşısında duran əsas strateji hədəfdir. Bölgədə enerji marşrutlarının əsas mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyan Ankara, "kürd dəhlizi”nin yaradılacağı halda buna nail olmayacaq. "Kürd dəhlizi” kürdlərə Aralıq dənizinə açıq çıxış verir. Beləliklə, Şimali İraqda kürdlərin nəzarət etdiyi neft ehtiyatları "kürd dəhlizi” adlanan bu ərazilərdən keçərək Aralıq dənizinə, oradan da Avropa bazarlarına çıxarılır.

Hələ bir müddət əvvəl keçmiş kəşfiyyat rəisi Bülent Orakoğlu "Yeni Şafak” qəzetinə yazdığı köşəsində bildirmişdi ki, Türkiyəyə qarşı oynanılan "beynəlxalq oyun”un əsas məqsədlərindən biri Aralıq dənizinə yaxın Hatay vilayətinin qonşuluğunda yerləşən Afrin kantonuna qədər uzanan bir "kürd dəhlizi” yaratmaqdır. "Kürd dəhlizi”nin yaradılması ilə Şimali İraqda kürd neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılmasına alternativ bir marşrut yaradılacaq və marşrut Türkiyədən yan keçəcək.

Beynəlxalq enerji yolları və sərmayələr mövzusunda mütəxəssis olan pakistanlı mayor Agha Amin "NATO-nun strateji dəhlizi Kürdüstan” layihəsinin detallarını 2013-cü ildə açıqlayıb. Aminin sözlərinə görə, NATO-nun "qurdları” Suriyanı yedikdən sonra növbə Türkiyəyə gələcək.

Türkiyədən Hindistana NATO dəhlizinin açılması planlaşdırılır. Dəhlizin bir hissəsində qurulacaq "Kürdüstan” Rusiyanın qaz siyasətində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmalıdır. Moskva Dövlət Universitetində enerji təhlükəsizliyi üzrə çalışan türkiyəli dosent Tuğçe Sevim Varol 9 noyabr 2014-cü ildə dərc etdirdiyi "Aralıq dənizinə kürdlər üçün dəhliz planı” başlıqlı analizində bu məsələyə toxunub. Onun sözlərinə görə, əsas məqsəd kürd bölgəsinin enerji ehtiyatlarını Türkiyə üzərindən deyil, Hələb üzərindən keçməklə Lazikiyeyə, yəni Aralıq dənizinə çatdırmaqdır.

Bülent Orakoğlu bildirir ki, Türkiyədə baş verən hadisələr Şimali Suriyada yaradılan "kürd dəhlizi”nin təhlükəsizliyinə xidmət edir.

ABŞ prezidenti Donald Trampın YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) ağır silahların çatdırılması ilə bağlı qərarı isə Vaşinqtonun niyyətinin açıq şəkildə ortaya qoydu. Bu gün Vaşintqona uçan Türkiyə prezidenti bu gedişata son qoymağa çalışacaq. Onun özünün də dediyi kimi "Yeni milad” baş tutacaqmı? YPG-yə ağır silahların çatdırılması ilə bağlı qərarın Ərdoğanın səfərindən bir neçə gün əvvəl (mayın 10-da –red.) verilməsi isə nikbin düşünməyə əsas vermir. Türkiyənin isə milli təhlükəsizliyinə ağır zərbə vuracaq belə bir layihə ilə asanlıqla razılaşacağı inandırıcı deyil. Bu isə, bölgədə daha qanlı savaşların müjdəçisi hesab oluna bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol