Azərbaycanda bu şəxslərə diplomatik pasport veriləcək

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar.
Anews.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Pasportlar haqqında" qanunun 6-cı (Diplomatik pasport) maddəsinə təklif olunan əlavələr müzakirə edilib. Əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək.
Layihə səsə qoyularaq qəbul olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























