• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail Ermənistana hücum edəcək

İsrail Ermənistana hücum edəcək
17.05.2017 09:46
"Avropada, Rusiyada və ABŞ-da İsrailin dostları Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına imkan vermir. Bu gün İsrail Ermənistanı İrandan sonra ikinci ən böyük düşməni hesab edir”.

Anews.az Publika.az-a istinadın xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan Ermənistan üçün böyük təhlükə adlandırdığı İsrail-Azərbaycan, eləcə də İsrail-Rusiya münasibətləri haqda danışarkən bildirib.

Onun sözlərinə görə, İsrail və Rusiya arasında qarşılıqlı maraqların birləşdiyi çox nöqtə var: "Həmçinin, İsraili Türkiyə və Azərbaycanla da birləşdirən maraqlar mövcuddur. Türkiyə ilə iş daha mürəkkəb vəziyyətdədir, lakin Rusiya və İsrail Azərbaycanla sıx əməkdaşlıq edir. Hər şeydən öncə bu əməkdaşlıq hərbi sferadadır. İsrail Azərbaycana təkcə müasir silahlar satmır, həm də istehsalında İsrail firmalarının iştirak etdiyi Rusiya silahlarının da Bakının almasına dəstək verir. İsrail-Türkiyə-Rusiya xətti Ermənistanı mühasirəyə alaraq, onun NATO və Avropa İttifaqı ilə yaxınlaşmasına imkan vermir. 1980-90-cı illərdən başlayaraq, indiyə kimi erməni xadimləri Rusiyada məhz İsrailin dostlarının nəzarətindədir”.

İ.Muradyan qeyd edir ki, hazırda İsrail üçün ən aktual məsələ İranın mühasirəyə alınması və Tehranın ABŞ-la yaxınlaşmasının qarşısını almaqdır.

"Bu proses İranla əlaqələr saxlayan Ermənistan üçün təhlükəlidir. Yaxın dövrdə İsrailin bizim ölkəmizə hücumları, güclü təzyiqləri baş verəcək. Nəticədə, Ermənistan tamamilə blokadaya düşəcək. Bu, acınacaqlı son deməkdir. Halbuki, Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə əlaqələrə önəm verərək, vəziyyətdən çıxa bilərdi. Lakin bu baş vermədi”, - deyə Muradyan bildirib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol