• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər müharibəyə başlayır?

Ermənilər müharibəyə başlayır?
18.05.2017 10:13
Son günlər Dağlıq Qarabağ münaqişəsi zonasında, cəbhə xəttində gərginlik artmağa başlayıb. Əvvəlcə mayın 15-də Ermənistan hava hücumundan müdafiə qoşunları Füzuli-Xocavənd istiqamətində hava məkanına nəzarət etmək məqsədilə "OSA" zenit-raket kompleksini müdafiənin ön xəttində yeni mövqeyə çıxarmağa cəhd göstərdi.

Lakin bu cəhd uğursuzluqla nəticələndi və Azərbaycan ordusu dərhal "OSA"nı məhv etdi. Bundan 2 gün sonra isə ermənilər Ağdam rayonuna intensiv zərbələr endiriblər.

Bəzi ekspertlər hesab edir ki, Ermənistan hazırda qısamüddətli müharibəyə hazırlıq görür və onun yaxın zamanlarda gerçəkləşməsi mümkündür. Onların fikrincə, Ermənistanın hərbi-siyasi rəhbərliyi bununla həm bir sıra uğursuzluqlarını ört-basdır etmək, həm də son zamanlar Azərbaycan-Rusiya münasibətlərində yaranmış soyuqluqdan istifadə etmək istəyir. Ermənistan hakimiyyəti hesab edir ki, bu dəfə Rusiya ötən ilin aprel döyüşlərindəki olduğu kimi gözləməyəcək və savaş başlasa, Ermənistanı müdafiə edəcək.

Yaranmış vəziyyəti Milli.Az-a şərh edən hərbi ekspert, sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, ermənilərin genişmiqyaslı müharibəyə başlayacağı inandırıcı görünmür:

"Ermənilər həmişə cəbhə xəttində müxtəlif təxribatlar törədiblər, bu, ilk deyil. "OSA"nın ön xəttə çəkilməsinə gəlincə, bunun o dərəcədə də əhəmiyyəti yoxdur. "OSA" yaxın mənzilli zenit-raket kompleksidir və onun ön xəttə çıxarılması hələ ermənilərin hücuma hazırlaşması demək deyil. Ermənilər müharibəyə başlamaq və hücuma keçmək istəsələr, bunun üçün hansısa istiqamətdə mütləq qüvvələrin cəmləşməsini aparmalıdırlar. Amma belə bir cəmləşmə olsa, ikinci eşelonu irəli çəksələr, dərhal bizim Müdafiə Nazirliyi bundan xəbər tutacaq. Bunu aşkar etmək üçün Ordumuzda kifayət qədər kəşfiyyat və digər vasitələr var. Ona görə də düşmənə adekvat və hətta ondan da artıq cavab veriləcək və onların hücum niyyəti yerindəcə dəf ediləcək. Amma onlar ara-sıra təxribat törətməklə davam edəcəklər. Ordumuz buna hazır olmalıdır, hazırdır da və paylarını da lazımınca verəcək".
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol