• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: Bu gün neft sənayesi üçün tarixi bir hadisədir

İlham Əliyev: Bu gün neft sənayesi üçün tarixi bir hadisədir
18.05.2017 14:50
"Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bununla bağlı bütün Azərbaycan xalqını təbrik edirəm”.

Anews.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində bildirib. 

Dövlət başçısı deyib ki, bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir: "Çünki bu günə qədər Azərbaycanda belə nəhəng qazma qurğusu tikilməyib. 

Bu qazma qurğusunun inşasında iştirak etmiş bütün işçiləri təbrik edir, onlara minnətdarlığımı bildirirəm. Bu qurğunun inşasında iştirak edənlərin əksəriyyəti Azərbaycan vətəndaşıdır.

Xarici tərəfdaşlarla növbəti uğurlu layihənin uğurla icra edilməsini görürük. Bu da reallıqdır. Çünki Azərbaycan uzun illərdir ki, xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq edir. Azərbaycana investisiyalar xarici şirkətlər tərəfindən qoyulub. Bu qurğuya isə Azərbaycan dövləti tərəfindən investisiya qoyulub. Biz neftdən əldə edilmiş gəlirləri o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm SOCAR-dan qoyulan vəsait 1 milyard dollara yaxındır. 

Bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər Azərbaycana sərmayə qoyanda bizim əsas şərtlərimizdən biri o idi ki, bu sərmayələr eyni zamanda Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, işçilər yaxşı maaş alsın, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin. Bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər, həm özləri, həm də ölkə üçün böyük fayda qazanırlar.  

Bu qazma qurğusunun yaradılması tarixi hadisədir və təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilib. Heydər Əliyev Azərbaycan neft sənayesinin banisidir, Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol