Özbəkistan Ermənistanin münasibətləri istiləşdirdi

2017-ci il mayın 11-də Daşkənd-Yerevan-Daşkənd çarter reysinin açılacağı barədə məlumat verilib. Uçuşları Özbəkistanın avioşirkəti olan "Havo Sayoh" həyata keçirəcək. Bunu məşhur özbək tarixçisi Şöhrət Salamov da təsdiq edib.
Xəbərə görə, reyslər iyunun 7-dən həyata keçiriləcək.
Xatırladaq ki, Özbəkistan Ermənistanın Azərbaycana qarşı işğalını pisləyən azsaylı ölkələrdən biri idi. Eks prezident İslam Kərimovun zamanında Qarabax problemi həll olunmayana qədər Özbəkistan hökuməti Ermənistanla hər hansı əlaqə saxlamayacağını bildirmişdi. Amma görünür indi siyasət dəyişir və Özbəkistan Ermənistanla iqtisadi əlaqələ saxlamağa can atır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























