• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyadakı azərbaycanlılar Putinə müraciət edib

Almaniyadakı azərbaycanlılar Putinə müraciət edib
22.05.2017 19:40
Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları – Drezdendəki Alm.Az Cəmiyyəti, Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Avropa Əməkdaşlıq Forumu Təşkilatı İdarə Heyətinin üzvləri Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin qeydiyyatı ilə əlaqədar Rusiya Federasiyası prezidenti Vladimir Putinə müraciət edib.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub, yaxın əməkdaşlıq mövcuddur: "Bu münasibətlərin qorunub saxlanılmasına iki ölkə prezidentinin qarşılıqlı anlaşması öz töhfəsini verməkdədir. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirərək bu ölkənin bölgədəki strateji maraqlarını hər zaman nəzərə alıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və prezident İlham Əliyevin daxili siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisində rus icmasının, rus təhsil mərkəzlərinin fəaliyyəti, rus dili və mədəniyyəti qorunub saxlanılıb, rus əhalinin hüquqlarının qorunması üçün bütün şərait yaradılıb. Almaniyada yaşayan azərbaycanlılar hesab edir ki, bütün bunlara baxmayaraq, Rusiyadakı Azərbaycan əleyhinə olan qüvvələr təxribatçı fəaliyyətlərini gücləndirərək münasibətlərə kölgə salmaq üçün əlindən gələni edir. Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə verdiyi qərarı subyektiv xarakterlidir və göstərilən dəlillər qeydiyyatın ləğvi üçün kifayət deyil. Almaniyadakı Azərbaycan diasporu Rusiya dövlət başçısından xahiş edir ki, ədaləti bərpa edərək ÜAK-ın qeydiyyatının bərpasına dəstək göstərsin. Bu, Rusiya və Azərbaycan əlaqələrinə böyük töhfə ola bilər”.
 
Sonda diaspor təşkilatları kütləvi informasiya vasitələrini və ictimai təşkilatları tələsik adımlar atmamağa, Rusiyanın bəzi dövlət orqanlarını isə anti-Azərbaycan qüvvələrinin təsirinə düşməməyə çağırıb.
 
Kanada Azərbaycan Tədqiqatları İnstitutu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayıb. Məktubda ÜAK-la bağlı Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlı dərin narahatlıq ifadə olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol