• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanda 28 May

Qazaxıstanda 28 May
22.05.2017 13:40
Qazaxıstanın Atırau şəhərində 28 May - Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirilib. Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Atırau Şəhər Akimatlığı, rəsmi şəxslər, yüksək rütbəli zabitlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər ziyalıları, xarici ölkələrin Atırauda yerləşən şirkət və holdinqlərin rəhbərləri, jurnalistlər və diaspor fəalları iştirak ediblər.

Bu barədə Trend-ə Konsulluqdan məlumat verilib.

Əvvəlcə Azərbaycan qədim və islam arxitekturasını özündə birləşdirən məscid və dini ibadətgahladan bəhs edən fotosərgi keçirilib. Rəsmi qonaqlara sərgidə nümayiş olunan fotolarda məscidlərin tarixi, dini və mədəniyyət abidələri haqqında geniş məlunat verilib. Bildirilib ki, burada əks olunan bəzi məscidlər ermənilrəin işğalında olan Azərbaycan torpaqlarında hələ də baxımsız vəziyyətdədir. İştirakçılara Azərbaycan musiqi alətlərindən inbarət kolleksiya da nümaiş etdirildi. Tədbirdə Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarından və paytaxt Bakının özəlliklərindən bəhs edən video-çarxlar ziyafət iştirakçıları tərəfindən maraqla qarşılandı. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Aktaudakı Baş Konsulluğunun rəhbəri Elxan Zeynalov qonaqları salamlayaraq tədbirin keçirilməsi məqsədlərindən bəhs edib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb. Diplomat vurğulayıb ki, 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən böyük işlər görülüb. Səfir bu il iki ölkə arasında münasibətlərin 25 illiyinə təsadüf etdiyini deyib, bütün sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışıb. Qazaxəstan Prezidenti Nursultan Nazarbayevin cari ilin aprelin əvvələində Azərbaycana rəsmi səfərinin əlaqələrin inkişafına müsbət təsirindən danışıb. Səfir vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mühüm xidmətləri olub. Bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğunu diqqətə çatdırıb. Rəaşd Məmmədov Atırau Vilayəti ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişaf perspektivlərindən danışıb. Hazırda Atırau Vilayətində Azərbaycandan olan 42 hüquqi və fiziki şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğuı olur. Sahibkarlıq subyektlərindən əksəriyyəti metal emalı, tibbi xidmət, qida məhsullarının istehsalı və digər sektorlarda çalışır.

Atırau Vilayəti Akiminin birinci müavini Qumar Dyusembayev isə vurğulayıb ki, sonuncu 3 ayda Atırau ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 3 milyon manat təşkil edib. Qarşılıqlı iqtisadi əlaqələrin inkişafı məqsədilə yeni layihələr üzərində iş gedir. Qumar Dyusembayev qeyd edib ki, tikinti, ərzaq, neft-kimya, kimya, eləcə də digər sahələrdə investisiya layihələrinin birgə işlənməsi nəzərdə tutulur.

Daha sonra rəsmi ziyafətdə Dosmuxammedov adına Atırau Dövlət Universitetinin rəhbərliyi tərəfindən tələbələrı Heydər Əliyev təqaüdünün verilməsi və digər təhsil layihələrinin keçirilməsinə dəstək verdiyi üçün Azərbaycan tərəfinə təşəkkür bildirilib. Rəsmi qəbul böyük konsert proqramı ilə davam etdirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol