• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı aeroportu ilə bağlı ermənilərə xəbərdarlıq

Xocalı aeroportu ilə bağlı ermənilərə xəbərdarlıq
24.05.2017 10:34
Erməni mətbuatı Xocalı aeroportu ilə bağlı yenidən təxribat xarakterli məlumat yayıb. Düşmən tərəfi bəyan edib ki, aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar həyata keçiriləcək. Gün ərzində bir neçə belə uçuşun həyata keçiriləcəyi bildirilib.

Ermənistan mətbuatında bundan öncə də Xocalı aeroportundan uçuşların həyata keçiriləcəyi barədə məlumatlar yayımlışdı.

Sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bununla bağlı Azvision.az-a bildirib ki, ölkəmizin hava hücumundan müdafiə sistemləri tək Xocalı aeroportunda deyil, bütün Dağlıq Qarabağ ərazisində olan uçuş aparatlarını məhv etmək imkanına qadirdir.

General-leytenant qeyd edib ki, erməni KİV-ləri belə məlumatlar yaymaqla Azərbaycanı qıcıqlandırmağa çalışır.

"Dəfələrlə qeyd olunub ki, uçuşlar həyata keçirilsə, Azərbaycan tərəfi tədbirlər görəcək. Buna baxmayaraq müxtəlif zamanlarda belə təxribatçı fikirlər yayıblar. Həmin ərazilər Azərbaycanındır və Hava Hücumundan Müdafiə Qoşunları onları məhv etmək imkanına malikdir. Ölkənin həm siyasi, həm də hərbi rəhbərliyi bunu bir neçə dəfə bəyan edib”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol