• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavinləri ixtisar olunacaq - Azərbaycanda

Nazir müavinləri ixtisar olunacaq -  Azərbaycanda
25.05.2017 09:56
Hökümərdə aparılacaq struktur islahatları Nazirlər Kabinetinin, Prezident Administrasiyasının və prezidentin iqtisadi müşavirlərinin iştirakı ilə hazırlanan geniş sənəddə öz əksini tapıb, "yuxarıdan aşağıya” bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.

"Qafqazinfo” xəbər verir ki, bu haqda xəbəri "Yeni Müsavat” yayıb. Qəzet iddia edir ki, birləşdiriləcək nazirlik və dövlət komitələrinin (yalnız güc strukturları və Baş Prokurorluq istisna olmaqla) siyahısı artıq dövlət başçısına təqdim edilib. 

Bildirilir ki, nazirlik və fəaliyyəti davam etdiriləcək komitələrdə maksimim iki müavin (istisna hallar mümkündür) üçün ştat saxlanılacaq. Çünki elə nazirliklər və komitələr var ki, orada 3, hətta 4 müavin ştatı var ki, onlar mütləq ixtisar olunmalıdır. Komitələrdə isə bir müavin olacaq. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq. 

Eynilə Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. Gənclər və İdman İdarəsi, İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir. Nazirlər Kabinetinə ciddi "əl gəzdiriləcək”. Ən böyük "şişmə”nin də məhz Nazirlər Kabinetində olduğu söylənilir.

İddia olunur ki, ciddi islahatlar regional idarəetmədə də aparılacaq. Müavinlərin ixtisarı rayon icra hakimiyyətlərinə də şamildir, icra başçısının yalnız bir müavini olacaq ki, o, həm humanitar, həm sosial məsələləri kurasiya etməlidir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol