• $
  • €
  • ₽
  • ₺
  • £

Sensasiya: Putinin müşavirinin əsgərləri Qarabağda

Sensasiya: Putinin müşavirinin əsgərləri Qarabağda
25.05.2017 16:02
İyun ayında Rusiyaya məxsus muzdlu qüvvələr Donbasda "Şimal küləyi” əməliyyatına başlayıb.

Avropa.info xəbər verir ki, bu barədə Ukraynanın informnapalm.org saytı məlumat yayıb.

Rusiya prezidentinin müşaviri Vladislav Surkova məxsus "Donbass könüllüləri ittifaqı” muzdlularının yazışmalarından və video müsahibələrindən məlum olub ki, Donbasdakı birləşmələr aktiv şəkildə səfərbərliyə cəlb olunur.

Sayt bildirir ki, Donbasda vəziyyəti gərginləşdirməyə hazırlaşan məhz Kremldir. Bunun üçün işğal olunmuş ərazilərdə mülki əhali arasında qorxutma kampaniyası aparılır. Moskvanın iyun ayında muzdluların iştirakı ilə növbəti irimiqyaslı əməliyyata başlaması elektron yazışmalardan da məlum olub. Muzdluların mərkəzi birləşməsi 900 silahlıdan, Rostov birləşməsi 1289, Şimal-qərb birləşməsi 190, Krım bölməsi 140 muzdludan təşkil olunub.

Maraqlıdır ki, Donbasda yerləşdirilən muzdlular daha əvvəl Suriya, Çeçenistan və Qarabağda döyüşüblər. Bu muzdlular Qarabağ və Suriyadakı hərbi avantüralarda iştirak ediblər. Surkovun çətiri altında səfərbər edilən professional muzdlular Ukrayna cəbhəsində vəziyyəti gərginləşdirmək və Rusiya ordusunun kadr zabitlərinin istifadə oluna bilinməyəcəyi yerdə istifadə olunmaq məqsədi daşıyır.
Ukrayna nəşri bildirir ki, Suriyada vəziyyətin gərginləməsi Surkovu məcbur edir ki, Donbas muzdlularını Suriyaya göndərsin. Hərbi şirkətlərdə müqavilə əsasında qulluq edənlərin bir hissəsi Əsəd uğrunda ölür. Surkovun rus şovinisti muzdlulara Suriyada döyüşmək təklifi elə də cazibədar görünmür. Bu üzdən təşkilat daxilində artıq parçalanma yaranıb.

Qeyd edək ki, Rusiya hərbi birləşmələrinin Qarabağda erməni separatçıları tərəfindən vuruşması haqda məlumatlar çoxdan mövcuddur. Hətta  ruslardan təşkil olunmuş 366 motaatıcı alayın Xocalı soyqırımında iştirak etdiyi faktı da var. İndi isə Rusiya muzdlularından təşkil olunmuş hərbi birləşmələrin də işğal olunmuş torpaqlarda separatçıları dəstəklədiyi bəlli olur.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol