Rusiya səfiri:"Dilqəm Əsgərovu Lapşinlə eyniləşdirməyin"

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Dağlıq Qarabağda erməni girovluğunda saxlanılan bu ölkənin vətəndaşı Dilqəm Əsgərovdan Rusiyanın üz döndərmədiyini bəyan edib.
Diplomat "Sputnik Azərbaycan”a müsahibəsində qeyd edib ki, qaydalara əsasən, xaricdə Rusiya vətəndaşının başına bir iş gələrsə, o zaman səfirlik öz konsulluq əməkdaşını onunla görüşməyə göndərməli, sənədlərini yoxlamalı, əslində başına nə iş gəldiyini araşdırmalıdır: "Biz Əsgərovla bağlı belə edə bilmərik, çünki adam Rusiyanın beynəlxalq hüququn subyekti kimi tanımadığı ərazidədir. Suallar isə çoxdur. Bunlar haqda Xarici İşlər Nazirliyinin nümayəndəsi Artyom Kojin artıq danışıb. Təkrar edə bilərəm. Əsgərov oraya necə gedib çıxıb? Təmas xəttini necə keçib? Əslində onun başına nə iş gəlib? Nəyə görə silahlı olub? Biz situasiyanı tam dərk edə bilməmişik. Bax Əsgərovun Lapşindən fərqi budur. Ancaq bu, o demək deyil ki, Rusiya Əsgərovdan üz döndərir”.

Onun sözlərinə görə, Qırmızı Xaç nümayəndələri ilə təmasda bu haqda danışıb: "Bizim təşəbbüsümüzlə məsələ Minsk Qrupu həmsədrlərinin gündəminə gətirilib. Situasiya qeyri-standartdır. Təkrar edirəm, biz həll yolunu tapmaq üçün imkanlar axtarırıq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























