• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan “İsgəndər-m” ilə Azərbaycanı qorxudur

Ermənistan “İsgəndər-m” ilə Azərbaycanı qorxudur
29.05.2017 09:20
Mayın 28-də Tiflisdə keçirilən NATO PA-nın Elm və Texnologiyalar komitəsinin iclasında Yaxın  və Orta Şərqdə ekologiyanın vəziyyəti, Qara Dəniz hövzəsində təhlükəsizlik, ballistik raketlərdən müdafiə və digər məsələlərin  müzakirəsi olub.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin direktoru İrakli Meneqaraşvili Qara Dəniz hövzəsində təhlükəsizlik və ballistik raketlərdən gələn təhlükələrlə bağlı məruzə ilə çıxış edib. O, tutarlı faktlar gətirərək Qara Dəniz regionunda real təhlükələrin olduğunu bildirib.
 
NATO PA-nın yaz sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı məruzə sona çatdıqdan sonra mövzu ilə bağlı çıxış edib. O, Azərbaycanın Qara dəniz hövzəsinin təhlükəsizliyində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında və bu qurumun PA-dakı rolu və regionun inkişafındakı xidmətləri ilə əlaqədar ətraflı məlumat verib.
 
Qara Dəniz regionunda mövcud olan problemlər haqqında məlumat verən Məlahət İbrahimqızı, həm də baş verəcək təhlükə barədə qeydlərini iştirakçılara çatdırıb. O, Rusiyanın Suriyada terrorçulara qarşı mübarizədə Ermənistan ərazisində yerləşən hərbi bazalarından, daha konkret desək, ballistik raketlərdən istifadə edəcəyini bəyan etdiyini vurğulayıb: " Bu isə Cənubi Qafqazda sabitliyin pozulmasında əsas rol oynayan Ermənistanın ballistik, operativ-taktiki raketlərə malik olduğunu bir daha sübut edir. Bu da, öz növbəsində, Cənubi Qafqaz ölkələri, eləcə də, Avropanın özü üçün ciddi təhlükə mənbəyidir”.
 
M.İbrahimqızı bu cür faktların məruzədə əksini tapmamasından təəssüf hissi keçirdiyini bildirib. Sonda məruzəçi  İrakli Meneqaraşvili Azərbaycan nümayəndə heyətinin sözlərini təsdiqləyərək Ermənistanın Rusiyadan "İsgəndər-m” operativ-raket kompleksi aldığını və bunun da Cənubi Qafqaz regionu üçün ciddi təhlükə mənbəyi olduğunu etiraf edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol