• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda müharibənin yeni iştirakçıları

Qarabağda müharibənin yeni iştirakçıları
29.05.2017 20:55
Ər-Riyadda ABŞ prezidenti Donald Trampın iştirak etdiyi Ərəb-İslam-Amerika Sammitinə Azərbaycanın da qatılması Qarabağın işğalına dəstək verən ermənipərəst qüvvələrin ciddi narahatlığına səbəb olub.

İstiPress-in məlumatına görə, bu qüvvələr ABŞ adminstrasiyasının artıq müsəlman ölkələrinin daxili işlərinə qarışmayacağını bəyan etməsindən narahat olublar. Təsadüfi deyil ki, məsələyə diqqət yetirən rusiyalı politoloq Stanislav Tarasov "Regnum”da yazdığı məqaləsində Azərbaycan prezidenti İlham Əliyevin görüşlə bağlı açıqladığı təəssüratlarına xüsusi yer verib.

"Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda çıxış edən İlham Əliyev deyib:

"Orada Amerika Prezidenti tərəfindən səslənən fikirlər əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o demişdir ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır və deyə bilərəm ki, Zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan. Çünki biz hamımız yaxşı bilirik ki, Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir. Ümid edirəm ki, bu ciddi siqnal bütün aidiyyəti qurumlara, o cümlədən Avropa təsisatlarına da çatacaq və bizim işimizə qarışma cəhdləri aradan götürüləcək. Onsuz da bu ildən başlayaraq Amerika rəhbərliyində dəyişikliklər oldu və görürük ki, artıq bu müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür”.


Prezident İlham Əliyev Ər-Riyadda



Amma çox qəribədir ki, ABŞ-ın müsəlman dünyasına müdaxiləni dayandırması, yəni dolayısı ilə Rusiyanın əl-qolunu açması Stanislav Tarasovun xoşuna gəlmir. Sən demə, Tarasovun fikrincə, Obamanın dövründə ABŞ ona görə Azərbaycanın daxili işlərinə müdaxilə edirmiş ki, Azərbaycanı müstəqil yaşamağa qadir dövlət sayırmış, buna görə də çalışırmış ki, Azərbaycan daha da demokratikləşsin. Amma Tramp tərsinə fikirləşir. Hər halda, rusiyalı politoloq belə iddia edir.

Bu sözlərdən sonra düşünmək olar ki, Gəncədə anadan olmuş və Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmiş, Azərbaycan və türk dillərini çox yaxşı bilən türkoloq Stanislav Tarasov Azərbaycanı çox sevdiyindən onun demokratikləşməsinə çalışır. Amma Stanislav Tarasovun daha əvvəlki məqalələrini oxuduqda anlamaq olur ki, bu, belə deyil. Məsələn, Donald Tramp prezident seçildikdən sonra Tarasov verdiyi müsahibələrdə bildirirdi ki, demokratlar qeyri-rəsmi şəkildə məsələ qoymuşdular ki, Azərbaycan Qarabağın müstəqilliyini tanısın:
"Aprel döyüşlərindən sonra məhz Obamanın tapşırığı ilə Kerri Vyanada iclas keçirmişdi. Sonra Obamanın xahişi ilə Rusiya Sankt-Peterburqda görüş keçirdi, orada münaqişə tərəflərinin təmas xəttində monitorinq sistemini nəzərdə tutan saziş imzalandı”.

Yəni Tarasovun narahatlığının səbəbi aydındır - Tramp digər müsəlman ölkələri ilə yanaşı Azərbaycana da Qarabağ məsələsinə görə təzyiq etməyəcəyinə söz verib. Ermənilər daha bir himayəçidən məhrum olublar. Bu isə Tarasovu narahat etdiyindən Azərbaycanı dərhal şərləməyə başlayır. İddia edir ki, Neft Fondunda vəsaitləri sıfra enmiş Azərbaycan ucuz kreditlər naminə Səudiyyə Ərəbistanı ilə İrana qarşı birləşir. Dolaysı ilə vurğulayır ki, islam alyansı Qarabağda xristian Ermənistana qarşı vuruşacaq, xaçpərətslər ayıq olun.    



Mənbə: ARDNF

Yəni bunun absurd olduğunu azərbaycanlıların şiə olması ilə yanaşı, Dövlət Neft Fondunun vəskaitləri isə son illərdə 33-34 miyard dollar ətrafında dəyişməsi də göstərir. Maksimum göstərici isə 36 milyard dolllar 2014-cü ildə qeydə alınıb.  

Çingiz RÜSTƏMOV / İstiPress




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol