• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda döyüşən qadın snayperlər – “AĞCORABLILAR”

Qarabağda döyüşən qadın snayperlər – “AĞCORABLILAR”
30.05.2017 10:25
1990-2000-ci illərdə Rusiya ordusuna qarşı döyüşən "Ağcorablılar” adlı snayper qadınlar haqda müxtəlif rəvayətlər, əfsanələr dolaşırdı.

Publika.az xəbər verir ki, "Ağcorablılar” Dağlıq Qarabağda, Dnestryanıda, Çeçenistanda, Gürcüstanda və digər münaqişəli ərazilərdə ruslara qarşı döyüşürdü.

Fərziyələrə görə, snayper qadınlar əsasən Baltikyanı ölkələrdən olan gənc qızlardan ibarət idi. Onlar haqda ilk məlumatlar 90-cı illərdə gürcü-abxaz müharibəsində ortaya çıxdı. Rəsmi mənbələr də bu regionda qadın snayperlərin olmasını təsdiq edirdi. O da təsdiq edilirdi ki, bu xanımlar gürcülər tərəfindən döyüşür. Lakin informasiyanın rəsmi tərəfi sadəcə bir neçə cümlədən ibarət idi. Yerdə qalanların hamısı isə tamamilə ehtimallar, şayiələrdən ibarət idi.

Şayiələrə görə, snayper qadınlar Rusiyaya nifrət edir və saatı 50 dollara muzdlu olaraq döyüşürdü.

1995-ci ildə "Kommersant” nəşri təsdiq edilməmiş məlumatlara əsasən yazırdı ki, Qroznıda slavyan görünüşlü qadın snayperlər vuruşur. Daha sonra hərbçilər Qroznıda Latviya, Estoniya və Litva mənşəli qadınların öldürülməsi haqda şayiələr yaydılar. Bu informasiyalar Dnestryanıda da yayıldı. Həm Rusiya, həm də Baltikyanı ölkələr bu informasiyaları təsdiq etmədi. Rəsmilər hesab edirdilər ki, bu, ölkələr arasında düşmənçiliyi yaymaq istəyənlərin işidir və snayper qadınlar həqiqətən mövcud olsa belə, çox güman ki, onlar Baltikaynı ölkələrə məxsus görüntü yaradan yerlilərdir.

Snayper qadınlardan biri "Lolita” ləqəbli gənc qız idi. O, 1995-2001-ci illərdə Basayevin dəstəsində xidmət edirdi. "Moskovskaya komsomolskaya” yazırdı ki, "Lolita” haqda informasiyalar geniş rezonans yaratdı. Nəşr qeyd edirdi ki, Şamil Basayev 90-cı illərdə qadın snayperlərdən ibarət dəstə yaradıb və bura Ukrayna, eləcə də Baltikyanı ölkələrdən qatılmaq istəyənlər də qəbul edilirdi. Bu dəstənin rəhbəri Basayevin doğma bacısı Mədinə idi. Ehtimallar var ki, "Ağcorablılar” onlar olub.

Federal Təhlükəsizlik Xidmətinin polkovniki S.Şarvin isə danışır ki, "Ağcorablılar” yaxşı pul üçün rus əsgərlərini vurmağa hazır olan rus qadınlar da ola bilərdi.

Heç bir halda isə "Ağcorablılar” haqda rəsmi informasiya yoxdur. Lakin çoxları Dağlıq Qarabağda, Gürcüstanda, Dnestryanıda ruslara qarşı döyüşən qadın snayperlərdən israrla danışır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol