• $
  • €
  • ₽
  • ₺
  • £

Putin erməni işğalına qarşı hərəkətə keçdi

Putin erməni işğalına qarşı hərəkətə keçdi
30.05.2017 12:04
Bir müddət öncə Rusiya Liberal-Demokrat Partiyasının lideri, Duma üzvü Vladimir Jirinoviskinin "Abxaziya yemək üçün ermənilərə verilib” sözləri mediada geniş yayıldı. Olduqca sərt danışan Jirinoviskinin bu sözlərinin əslində Kremldə də ciddi qəbul edildiyinə dair informasiyalar var. Hətta Kreml rəhbərliyinin vəziyyətlə yaxından maraqlandığı deyilir.

Anews.az publika.az-a istinadən xəbər verir ki, problem Abxaziyanı qarış-qarış işğal edən erməni diasporudur. Hansı ki, abxaz mediası ermənilərin tanınmamış respublikanın bütün sferalarında yerləşməsi ilə bağlı zaman-zaman siqnal verirdi.

Abxaziyadan olan Timur adlı biznesmen (şəxs adının tam açıqlanmasını istəməyib) Rusiya mediasına açıqlamasında bildirib ki, Abxaziyada erməni diasporunun sayı abxazların sayını ən azı bir yarım dəfə ötür: "Ermənilər bura uzun illər öncə gəldilər və koloniyalar şəkilində yaşamağa başladılar. Həmçinin, özlərinin kəndlərini yaratdılar. Ermənilərin çoxalmasının ikinci bumu Ermənistanda zəlzələdən sonra oldu”.

Krasnador vilayətindən olan Anzor adlı biznesmen də (bu şəxs də adının tam açıqlanmasını istəmir) Jirinoviskinin sözlərində həqiqət payının olduğunu deyib.

Onun sözlərinə görə, Abxaziyada olduğu kimi Krasnadorda da ermənilərin təsir dairəsi genişlənir: "Bələdiyyə xidmətlərində və biznes sahəsində ermənilərin təsiri sürətlə artır”.

Timur isə bildirir ki, Krasnador vilayəti çoxdan kazakların və ermənilərin arasında bölüşdürülüb.

"Erməni diasporunun nümayəndələri yerli idarəetmənin bütün səviyyələrini praktiki olaraq zəbt ediblər. Ermənilərin çoxalmasının bir sıra səbəbi var. Onlar bir-birinə qarşılıqlı kömək göstərir. Bununla yanaşı, abxazlar və çərkəslərdən fərqli olaraq doğum sayı yüksəkdir”, - deyə o bildirib.

Biznesmen qeyd edir ki, ictimai gərginlik hiss olunmasa da, aşağı səviyyədə ermənilərlə yerli əhali arasında qarşıdurmalar baş verir: "Vəzifədə olan ermənilər öz qanlarından olanlara daha çox üstünlük verir. Buna görə də lokal münaqişələr yaşanır”.

Anzor isə gərginliyin gizli şəkildə davam etdiyini vurğulayır.

"Qarşıdurmanın səviyyəsini görmək üçün internetə baxmaq lazımdır. Ermənilər Qafqaz müharibəsi dövründə dağlı müsəlmanların torpaqlarını zəbt ediblər. Bu proses indi də davam edir. Əsasən torpaq uğrunda mübarizə gedir”, - deyə o bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol